Xaçmazlılar narazıdır: Üç şəhidin məzar daşı qoyulmayıb

İcra Hakimiyyəti: ”Məsələ həll olunacaq”

Source:


İcra Hakimiyyəti: ”Məsələ həll olunacaq”

Son aylarda şəhid olan Azərbaycan əsgərlərindən 3-nün baş daşı hələ də qoyulmayıb.

Aznews.az xəbər verir ki, bu barədə Xaçmaz rayon sakinləri məlumat yayıb. Xaçmazlılar dördgünlük müharibədə şəhid olan Elvin Mirzəyev və Elvin Qayıbovun, həmçinin may ayında şəhid olan Əmrah Yüzbəyovun qəbirlərinin diqqətsiz qalmasından narazılıqlarını dilə gətiriblər. Onların sözlərinə görə, başdaşıların Müdafiə Nazirliyi tərəfindən qoyulacağı deyilsə də, sonradan şəhidlərin ailələrinə məlumat verilib ki, bu işi Müdafiə Nazirliyi deyil, Xaçmaz Rayon İcra Hakimiyyəti görməlidir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən bildiriblər ki, şəhidlərin valideynlərinin müraciətində bir az yubanma olub.

Aznews.az əməkdaşının “Şəhidin baş daşının qoyulması üçün ailəsi müraciət etməlidirmi” sualına isə cavab belə olub: “Biz heç bir valideynin müraciət etməsini gözləmirik. Məsələ həll olunacaq. Hər 3 şəhidin də qəbirüstü tərəfimizdən düzəldiləcək. Baxmayaraq ki, valideynlər bizə müraciət etmirlər, amma biz o məsələni nəzarətdə saxlayacağıq. “Şəhidlərin ailələrinə diqqət olmur” dedikdə nəyi nəzərdə tuturlar? İstər yas mərasimləri, istərsə də digər məsələlərdə tərəfimizdən mütəmadi olaraq həmin ailələrlə əlaqə saxlanılır”.

Ana səhifəXəbərlərXaçmazlılar narazıdır: Üç şəhidin məzar daşı qoyulmayıb