Xaçmazda şagirdə qarşı seksual hərəkət edən məktəb direktoru saxlanılıb

Valideynlər direktorun məsuliyyətə cəlb edilməsi tələbi ilə aksiya keçiriblər

Source:


Valideynlər direktorun məsuliyyətə cəlb edilməsi tələbi ilə aksiya keçiriblər

Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı  seksual hərəkətlər edən məktəb direktoru saxlanılıb.

“Report”

yazır

ki, rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib.

Direktor məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi seksual hərəkətlərə görə qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb. Hazırda rayon prokurorluğunda olan məktəb direktorunun dindirildiyi bildirilir.

Baş verən hadisə ilə bağlı məktəbdə təhsil alan şagirdlərin valideynləri direktorun işdən çıxarılması və məktəbli qıza qarşı etdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilməsi tələbi ilə təhsil ocağına toplaşaraq etiraz aksiyası təşkil ediblər.

Hadisə yerinə Rayon Təhsil Şöbəsinin müdiri, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini və şöbənin əməkdaşları gəlib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ana səhifəXəbərlərXaçmazda şagirdə qarşı seksual hərəkət edən məktəb direktoru saxlanılıb