WİZZ Air aviaşirkətinin fəaliyyəti yaxın günlərdə bərpa ediləcək

Source:

Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti beşinci iclasının keçirilməsi ilə əlaqədar Azərbaycanın sənaye və iqtisadiyyat naziri, birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 21-də Budapeştə səfər edib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə bildiriblər ki, səfərin ilk günü Macarıstanın Xarici işlər və xarici ticarət nazirliyində ölkənin xarici işlər və ticarət naziri, Macarıstan tərəfdən birgə komissiyanın həmsədri Piter Siyyarto ilə azərbaycanlı həmkarının görüşü olub.

Ş.Mustafayev Azərbaycan Prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən WİZZ Air aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirib. P.Siyyarto Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin regionda Avropa Birliyinin etibarlı tərəfdaşına çevrilməsinin Macarıstanda böyük məmnunluqla qarşılandığını xüsusi qeyd edib. O yalnız birgə komissiyanın həmsədri kimi deyil, xarici işlər naziri kimi də ölkəsi adından bu prosesi daim dəstəklədiyini və dəstəkləyəcəyini bildirib. Tərəflər Macarıstanla Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq sazişinin qarşılıqlı münasibətləri bütün sahələr üzrə daha yüksək səviyyəyə qaldırmaq baxımından geniş imkanlar açdığını vurğulayıblar.

Ana səhifəXəbərlərWİZZ Air aviaşirkətinin fəaliyyəti yaxın günlərdə bərpa ediləcək