Vüqar Bayramovun səs yazısı ortaya çıxdı (Yenilənib)

Vüqar Bayramovdan alınan müsahibənin səs yazısını Meydan TV vasitəsilə oxuculara təqdim edirik

Source:

Meydan TV OCCRP araşdırması olan ”

Mystery Company Quickly Wins More Than 120 Tenders

” (Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib) adlı məqaləni iki dildə –

Rus



Azərbaycan

dillərində yayımladıqdan sonra araşdırmada rəy bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bəyanat yayaraq, həm OCCRP-ni, həm də Meydan TV-ni yalan danışmaqda suçladı və verdiyi müsahibəni inkar etdi.

O mətbuata

müsahibəsində

qeyd edir: “Məqalədə “Vüqar Bayramov” adı dörd dəfə çəkildiyi halda, təəssüflə qeyd etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərimi öyrənmədən adımdan şərh yayımlanıb. Məqalədə adı hallanan şirkətlə bağlı mən nə ‘Organised Crime and Corruption Reporting Project (OCCRP)’ layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. Belə olan halda, mənə ardıcıl olaraq istinadlar olunur. Bu, bizim adımızdan sui-istifadədir və İSİM bu cür hallara qarşı mübarizə aparmaq niyyətindədir”.

“Məqalədə mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil” – deyə Vüqar Bayramov təkidlə qeyd edir.

Eyni zamanda millət vəkili Aydın Mirzəzadə də Vüqar Bayramova dəstək verərək OCCRP təşkilatını və Meydan TV’ni saxtakarlıqda

ittiham etmişdir

: “Bir qrup üzdəniraq QHT-lər ölkələr haqqında uydurma, yalan məlumatlar yayır, ölkələri “siyahıya” düzür, başqa qrup, məlum şəbəkənin digər hissəsi-özünü KİV adlandıranlar isə həmin yalanı tirajlamağa çalışırlar.”

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatının direktoru Drew Sullivan qeyd edir ki, OCCRP olaraq nəinki Azərbaycanda, bütün dünyada baş verən bir çox korrupsiya halları ilə araşdırmalar aparır. Və bütün bu araşdırmalar heç bir fakt, sübut olmadan əsla yayımlanmır.

Bunu əsas tutaraq təşkilat Vüqar Bayramovdan alınan müsahibənin səs yazısını Meydan TV vasitəsilə oxuculara təqdim edir:

(embedded content removed)

Meydan TV qeyd edir: Vüqar Bayramov inkar etsə də, jurnalistə bu araşdırma ilə bağlı müsahibə verib. OCCRP-dən Meydan TV-yə verilən məlumata görə, məqalə onlara 1 ay əvvəl təqdim edilib və orada müsahibənin neçə ay əvvəl götürüldüyü qeyd olunmayıb. Yerli jurnalist müstəqil olduğuna görə bu məqalənin hansı media orqanında əvvəlcədən dərc olunacağını bilə bilməzdi. Ona görə özünü hansısa mətbuatın nümayəndəsi olaraq təqdim etməyib. Vüqar Bayramovun dediklərinə istinad həmin məqalədə qeyd olunub, 5 istinaddan sadəcə biri səhvən tərcümə xətasından dolayı onun adı ilə verilib.

Avqustun 31-də məqalənin müəllifi Xalid Vahidoğlu öz Facebook səhifəsində məsələyə aydınlıq gətirib: “Bir neçə gündür ətrafında müzakirə gedən məqalə ilə bağlı bildirmək istəyirəm ki, əksər qurumlardan tenderlər udan və müxtəlif sahələrdə çalışan bir şirkətlə bağlı yerli mətbuatda oxuduğum məlumatlardan sonra bununla bağlı yazı hazırlamaq istədim. Şirkətlə bağlı bəzi məlumatları araşdırandan sonra bu mövzuda iqtisadçı Vugar Bayramovdan da münasibət öyrəndim. Dəqiq vaxtı xatırlamasam da, bu Novruz bayramından bir müddət öncə idi və mən yerli mətbuat üçün yazırdım. O zaman «Üç nöqtə» qəzetində çalışdığımdan və iş çox olduğundan yazını bitirə bilmirdim. Amma sonradan məqalənin üzərində işləyərkən bunun harada dərc olunacağını bilmirdim. Bu qəzetdən işdən ayrılandan sonra boş vaxtım olduğundan yazını təxminən 1 ay öncə bitirmişəm və dərc olunub”.

Ana səhifəXəbərlərVüqar Bayramovun səs yazısı ortaya çıxdı (Yenilənib)