Vüqar Bayramov: Taksi xidməti göstərən şirkətlər nədə rəqabət aparacaqlar?

”Vahid tarif tətbiq ediləcəyi halda bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq”

Source:


”Vahid tarif tətbiq ediləcəyi halda bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq”

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə təklif ünvanlayıb.

BNA təklifi sektorda rəqabəti gücləndirmək və müştərilərin hüquqlarının müdafiəsilə əlaqələndirib.

Ancaq iqtisadçı Vüqar Bayramov vahid tarifin tətbiq eidlməsini rəqabəti gücləndirmək əvəzinə, əksinə rəqabəti boğacağını düşünür.

Bu barədə “Facebook” səhifəsində yazan iqtisadçı sual edir ki, əgər vahid qiymət olacaqsa, o zaman həmin sektorda hansı rəqabət danışmaq olar. Taksi xidməti göstərən şirkətlər nədə rəqabət aparacaqlar?

Vüqar Bayramov bildirib ki, liberal qiymət rəqabətin əsas özəyidir:

“Əslində, taksi xidməti son illər qiymət azalmasının müşahidə edildiyi azsaylı xidmət sektorlarındandır. Etiraf etmək lazımdır ki, bu sahədə lisenziyaların ləğvi daxil olmaqla son 2 ildə xeyili müsbət addımlar atılıb. Nəticədə, bu gün taksi xidməti ölkədə ən liberal və rəqabətin yüksək olduğu sahələrdən birinə çevrilib. Bu, özünu son illər aşağı düşən qiymətlərdə də göstərir. Vahid tarif tətbiq ediləcəyi halda isə bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq. Buna görə də, taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil. Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq. Bütün bunlar isə taksi şirkətlərinin bağlanmasına gətirib çıxaracaq. Əgər tarifin müəyyən edilməsi labüddürsə, bu zaman vahid tarifin yox, maksimum tarifin müəyyənləşdirilməsi lazımdır ki, taksi sürücüləri və şirkətləri maksimum olaraq hansı tariflə xidmət göstərdikləri barədə öz xidmətlərini təklif edə bilərlər. Bu zaman taksi xidməti ilə məşğul olan sürücü və şirkətlərə rəqabət imkanı verilmiş olar”.

Ana səhifəXəbərlərVüqar Bayramov: Taksi xidməti göstərən şirkətlər nədə rəqabət aparacaqlar?