Vüqar Bayramov: Mərkəzi Bank kommersiya banklarının 500 avroluq əskinaza görə faiz almasına müdaxilə etməlidir

Banklar heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır.

Foto: Meydan TV


''Banklarımızı sadəcə necə olursa-olsun gəlir əldə etmək maraqlandırır''

Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər.

Bunu “Facebook” sosial şəbəkəsindəki profilində iqtisadçı Vüqar Bayramov yazıb.

“Bu o deməkdir ki, 500 əskinaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir. Bankların tədavüldə istifadəsi davam edən əskinas üçün əlavə ödəniş müəyyənləşdirilməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə necə olursa-olsun gəlir əldə etmək maraqlandırır”.

V.Bayramov xatırladıb ki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əskinaslarının ölkə daxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib.

“Banklar heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır. Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”.

Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturularının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olanmərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.

“Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq əksər banklarımız müştərilərin xərci hesablna yeni gəlir mənbələri axtarışını davam etdirirlər”, – V.Bayramov yazıb.

Ana səhifəXəbərlərVüqar Bayramov: Mərkəzi Bank kommersiya banklarının 500 avroluq əskinaza görə faiz almasına müdaxilə etməlidir