Gələn il işçilərin məcburi ixtisarına 1 milyard dollar xərclənəcək
BP korporasiyası 2018-ci ilə kimi Azərbaycandakı işçilərinin sayını 90 faizə endirəcək. BP-nin regional direktoru Qordon Birrel bildirib ki, şirkətdə 2900 Azərbaycan vətəndaşı çalışır. Bu, şirkətin ölkədəki peşəkar işçilərinin 85 faizdən çoxdur.
Bu yaxınlarda Britaniyanın Guardian qəzeti BP icraçı direktoru Bob Dadliyə istinadən yazmışdı ki, gələn il işçilərin məcburi ixtisarına 1 milyard dollar xərclənəcək. Həmçinin ABŞ, Böyük Britaniya və Almaniya təmsilçiliklərində də ixtisar ediləcək. Ehtimal ki, platformalarda çalışanlar arasında da ixtisar olacaq.
Əvvəllər Azərbaycan və BP yerli işçi qüvvələrinin Qobustan tədris mərkəzində oxuması ilə bağlı saziş, işə və vəzifəyə razılaşdırılmış qəbul barədə memorandum imzalayıblar.