Vladimir Putin: Qarabağda vəziyyət xaricdən müdaxilə nəticəsində nəzarətdən çıxmayıb

Qarabağ üzrə beynəlxalq vasitəçilər sözdən əmələ keçməli və yerli əhaliyə kömək etməlidirlər, bunu təkcə Rusiyanın üzərinə yıxmamalıdırlar”, – Putin əlavə edib.

Source: Specify Source


"Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi sayılır"

“Qarabağda vəziyyət xaricdən müdaxilə nəticəsində nəzarətdən çıxmayıb”.

Bunu Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi mətbuat konfransında bəyan edib.

O bildirib ki, vəziyyət nəzarətdən çıxıb, bu gərginlik uzun illər boyu davam edib: “Bunun xaricdən hansısa müdaxilə nəticəsində baş verdiyini düşünmürəm. Toqquşmalar, qarşılıqlı atışmalar və kiçik münaqişələr dəfələrlə olub. Nəticədə bu, münaqişəyə çevrilib”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi sayılır. Statusla bağlı Putin belə deyib: "Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll olunmalıdır"

Rusiya prezidenti razılaşmanın əsas nəticəsi kimi insanların həyatlarının qorunmasını adlandırıb: “Yerdə qalanlar ikinci dərəcəlidir”.

5902607.jpg
Rusiya Prezidentinin mətbuat konfransı

Qarabağ üzrə beynəlxalq vasitəçilər sözdən əmələ keçməli və yerli əhaliyə kömək etməlidirlər, bunu təkcə Rusiyanın üzərinə yıxmamalıdırlar”, – Putin əlavə edib.

O bəyan edib ki, bölgədə rusiyalı sülhməramlıların sayı artırıla bilər: “Lakin bu yaınız münaqişə tərəflərinin razılığı ilə həyata keçirilə bilər”.

Ana səhifəSiyasətVladimir Putin: Qarabağda vəziyyət xaricdən müdaxilə nəticəsində nəzarətdən çıxmayıb