Vladimir Osakovski: Azərbaycan manatı möhkəmlənmək üçün böyük potensiala malikdir

Samir Əliyev: ”Manatın möhkəmlənməsi üçün əsas görmürəm”

Source:


Samir Əliyev: ”Manatın möhkəmlənməsi üçün əsas görmürəm”

“Azərbaycan manatı möhkəmlənmək üçün böyük potensiala malikdir”. “Bloomberg” agentliyi yazır ki, bu barədə

“Bank of America” korporasiyası

nın Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovskinin bankın müştəriləri üçün yazdığı qeyddə bildirilir.

İqtisadçı hesab edir ki, Azərbaycan hökuməti tərəfindən fiskal və pul-kredit siyasətindən aparılan korreksiya müəyyən formada uğurlu olub.

V.Osakovskinin sözlərinə görə, bank sektorundakı problemlər idarəolunan səviyyədədir.

“Sərt pul-kredit siyasətinə baxmayaraq, manat möhkəmlənmək üçün böyük potensiala malikdir”, – deyə bankir qeyd edib. (

“APA-Economics”

)

“Bank of America” korporasiyasının Rusiya və MDB üzrə baş iqtisadçısının söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev manatın hazırkı səviyyəsini görülmüş işlərin nəticəsi hesab edib:

“Ancaq söhbət potensialdan gedirsə, bu gün manatın möhkəmlənməsi üçün potensial yoxdur. Nə baş verdi ki, manat bahalaşdı? Azərbaycanın ixracında qeyri-neft sektorunun əhəmiyyətli artımı, idxalın da əhəmiyyətli azalması yoxdur. Nəzərə alın ki, 2018-ci ildə bir sıra dövlət satınalmaları idxalı qadağan edib. Əgər gələn ilin yanvarın 1-dən bu qadağa aradan götürülsə, deməli, idxal artacaq və bu, manata təzyiq edəcək. Turistlərin gəlişində dövrü artım olsa da, bu, əhəmiyyətli dərəcədə deyil. Yəni manatı gücləndirməyə səbəb yoxdur, yaxud əhəmiyyətli səviyyədə görünmür. Nəhayət, neftin qiyməti də enir, bu mənada potensial barədə danışmaq tezdir”.

Samir Əliyev deyib ki, Vladimir Osakovskinin pul-kredit siyasəti fikirlərini bölüşmür, çünki Mərkəzi Bankın pul-kredit siyasətini səhv hesab edir:

“Birinci, uçot dərəcələri 15 faizə qalxıb, ehtiyat normalarında artım var, eyni zamanda, pul kütləsi xeyli azalıb. Belə bir vəziyyətdə əsas fəaliyyət inflyasiyanı cilovlamağa və manata təzyiqi azaltmağa yönəlib. Ancaq aparılan siyasət sahibkarlığı boğur və bu, gələcəkdə büdcə mədaxilində problemlərə yol aça bilər. Ona görə indiki vəziyyəti uzun müddət saxlamaq mümkün olmayacaq. Əks halda işsizliyə yol aça bilər.

Samir Əliyev

İqtisadçı manatın möhkəmlənməsi üçün əsas görmədiyini bildirib:

“Bu gün bazarda baş verənlər daha çox spekulyasiyadır. 4 faizlik marja aradan qaldırılıb, banklar da bundan istifadə edərək məzənnəni oynatmaqla pul qazanırlar. Çünki banklar kredit verməklə pul qazana bilmədiklərindən əvəzində məzənnəni oynatmaq yoluna üsünlük veriblər. Ona görə Vladimir Osakovskinin nikbinliyini bölüşmürəm. Yeganə olaraq Dövlət Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat ilin sonuna qədər manatı istədiyi məzənnədə saxlamaq imkanı verəcək. 2018-ci ildə Neft Fondu analoji həddə yenidən vəsait ayırmalıdır. Bəs ayıracaqmı, sual açıqdır. Bu baxımdan manatın möhkəmlənməsi üçün əsas görmürəm”.

Ana səhifəXəbərlərVladimir Osakovski: Azərbaycan manatı möhkəmlənmək üçün böyük potensiala malikdir