Viza almaq üçün nə lazımdır? – cavab veririk #10

Vizanı almaq üçün hansı tələblər var? Azərbaycana gəlmək istəyən xarici vətəndaş bu icazəni necə almalıdır?

Source:



Viza bir ölkə vətəndaşının başqa ölkəyə getməzdən əvvəl aldığı icazə sənədidir. Əksər ölkələr kimi Azərbaycanın da viza tətbiq etdiyi ölkələr var. Bəs bu vizanı almaq üçün hansı tələblər var? Azərbaycana gəlmək istəyən xarici vətəndaş bu icazəni necə almalıdır? Bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.



1. Kimlər Azərbaycana icazəsiz gələ bilər?


The Office GIF – Find & Share on GIPHY

Azərbaycan hökuməti bəzi ölkələrə viza tətbiq etmədiyindən həmin ölkələrin vətəndaşları hər hansı icazə olmadan ölkəyə gələ bilər. Bunlar Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan və Ukraynadır.

Azərbaycana vizasız gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində 90 gün yaşaya bilər. Bu müddət bitənədək Azərbaycan ərazisini tərk etməlidirlər. 30 (otuz) gün Azərbaycan Respublikası hüdudlarından kənarda yaşadıqdan sonra (yaxın qohumunun ağır xəstələndiyini və ya vəfat etdiyini təsdiq edən hallar istisna olmaqla) yenidən vizasız gələ bilərlər.

İran və Türkiyə vətəndaşları isə Azərbaycana giriş üçün icazəni sərhəddə ala bilər. Bundan sonra isə Türkiyə vətəndaşlarına 30 gün, İran vətəndaşlarına isə 15 gün Azərbaycan ərazisində yaşamağa icazə verilir.



2. Viza almaq üçün nə lazımdır?


Passport GIF – Find & Share on GIPHY

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket (nümunəsi əlavə olunur);

2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;

3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);

4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);

5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycana əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (nümunəsi əlavə olunur), dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);

Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.

Viza almaq istəyən əcnəbinin pasportunun bitmə müddətinə 3 aydan az vaxt qalıbsa, o zaman həmin şəxsə viza verilmir



3. Viza almaq istəyən əcnəbi nə qədər dövlət rüsumu ödəyir?


nog GIF – Find & Share on GIPHY

“Dövlət rüsumu haqqında” qanuna görə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı kateqoriya vizaların rəsmiləşdirilməsi üçün müvafiq məbləğdə dövlət rüsumu alınır:

birdəfəlik giriş vizası üçün (3 gündən 3 ayadək müddətə) – 50 ABŞ dolları

ikidəfəlik giriş vizası üçün (3 gündən 3 ayadək müddətə) – 100 ABŞ dolları

çoxdəfəlik giriş vizası üçün (1 il müddətinə) – 350 ABŞ dolları

Turist (yalnız turist vauçeri və ya turist göndərişini

təqdim edənlərə şamil olunur) vizası üçün – 20 ABŞ dolları

adi tranzit vizası üçün – 20 ABŞ dolları

ikidəfəli tranzit vizası üçün – 40 ABŞ dolları

Ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilərkən qarşılılıq prinsipinə əsaslanaraq həmin şəxsin vətəndaşı olduğu dövlət tərəfindən Azərbaycan vətəndaşlarına viza rəsmiləşdirilməsi üçün tutulan məbləğdə dövlət rüsumu alınır. Bir dəfəlik giriş vizasının ayrı-ayrı ölkələr üçün rüsumu 35 ABŞ dollarından 160 ABŞ dollarına qədər, çox dəfəlik (1 illik) giriş üçün viza rüsumları isə 100 dollardan 350 dollara qədər dəyişir. Qarşılıqlı razılaşmaya əsasən Yaponiya və Türkiyə vətəndaşlarından rüsum alınmır.



4. Kimlər Azərbaycana gələ bilməz?


Security GIF – Find & Share on GIPHY


Ermənistan vətəndaşları, eləcə də erməni əsilli xarici vətəndaşlara Azərbaycana giriş icazəsi verilmir. Bundan başqa, qondarma Dağlıq Qarabağ Respublikasını Azərbaycan hökumətinin icazəsi olmadan ziyarət etmiş xarici vətəndaşlar da “Arzuedilməyənlər” siyahısına daxil edilir və onların ölkəyə girişi qadağan olunur. Bundan başqa, ölkəyə gəlmək istəyən şəxs özü barədə yalan məlumat veribsə, ruhi və ya yoluxucu xəstəliklərə tutulmuş şəxsin Azərbaycana gəlməsi əhalinin sağlamlığı üçün təhlükə törədirsə, həmin şəxs əvvəllər Azərbaycan hüdudlarından kənarlaşdırılıbsa, milli təhlükəsizliyin, yaxud ictimai asayişin mühafizəsi mənafeyi tələb edirsə, əcnəbinin ölkəyə girişinə icazə verilmir.

Ana səhifəXəbərlərViza almaq üçün nə lazımdır? – cavab veririk #10