Vitse-prezident: Metanol zavodu ilin sonunadək SOCAR-ın tabeliyinə verilə bilər

”Hazırda SOCAR məhkəmənin müvafiq qərarını gözləyir”

Source:
Süleyman Qasımov
Süleyman Qasımov


”Hazırda SOCAR məhkəmənin müvafiq qərarını gözləyir”

“Bu ilin sonuna qədər Azərbaycan Metanol Zavodu (“AzMeCo”) SOCAR-ın tabeliyinə verilə bilər”. “APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda SOCAR məhkəmənin müvafiq qərarını gözləyir: “Bu qərara əsasən adıçəkilən zavod “Aqrarkredit” bank olmayan kredit təşkilatına keçməlidir. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq”.

Ana səhifəXəbərlərVitse-prezident: Metanol zavodu ilin sonunadək SOCAR-ın tabeliyinə verilə bilər