Viruslar və onların yayılması

Foto: By joel bubble ben/Shutterstock

Dünya əhalisinin 95 faizi EBV virusunun daşıyıcısıdır

Hazırda bütün dünyada xroniki xəstəliklərin epidemiyası yaşanır. Milyonlarla insan gizli simptomlardan əziyyət çəkir, amma heç kim nə baş verdiyini bilmir.

Son illər bütün dünyada böyük populyarlıq qazanmış naturopat Entoni Uilyam hesab edir ki, insan orqanizmində yaranan bütün xəstəliklərin başlıca səbəbi Epşteyn-Barr virusudur (EBV).

EBV – herpes qrupuna daxil olan (IV herpes virusu) DNT tərkibli virusdur.

Dünya əhalisinin 95 faizi bu virusun daşıyıcısıdır.

Virusa yoluxanlar ömürboyu daşıyıcı olaraq qalır.

Virus necə yayılır?

Virus ötən əsrin ortalarında aşkar edilib. Tibb ədəbiyyatda mononukleoz adlandırılan EBV insanlar arasında bioloji mayelər: qan, tər, tüpürcək, sidik, göz yaşı, cinsi əlaqə zamanı patoloji ifrazat vasitəsilə keçir.
Ən çox tüpürcək yolu ilə ötürüldüyü üçün öpüşmə xəstəliyi də adlanır.

Virusun əlamətləri

Virusa yoluxmanın bariz təzahürü mononukleoz infeksiyasıdır. Əlamətləri də tezyorulma, qızdırma, boğaz ağrıları, badamcıqların, limfa düyünlərinin, qaraciyər və dalağın böyüməsi ilə xarakterizə olunur.

İnfeksiyadan klinik təzahürlərə və ya inkubasiyaya qədər olan dövr bir ay yarımdır. Sonra simptomların üçlüyü var: qızdırma, boğaz ağrısı və şişkin limfa düyünləri. Axşam saatlarında bədən istiliyi yüksəlir, gündüzlər isə normallaşır.

Entoni Uilyam, Foto: https://librusec.pro/

Bu vəziyyət təxminən 3 həftə davam edir. Boğaz ağrısı (faringit) şiddətli və ağrılıdır. Servikal limfa düyünləri adətən simmetrik şəkildə təsirlənir, lakin bütün bədəndə limfa düyünlərində artım ola bilər.

Zamanla qaraciyər və dalağın ölçüsü dəyişir, böyüyür, həmçinin qanın də tərkibi dəyişir. Bir ay və ya bir az daha çox müddət ərzində klinik mənzərə yox olur. Lakin virus bədəndə əbədi olaraq qalır. Zamanla insan orqanizmində ciddi fəsadlara gətirib çıxarır.

Virus orqanizmdə özünü necə aparır?

İlkin mərhələdə virus özünün gizli dövrünü yaşayır. Qanda dövr edən virus stress hormonlarının aktivləşməsi nəticəsində hücuma keçir. Ciddi mənəvi və emosional travmalar, hormonal pozğunluqlar, yetkinlik dövrü, hamiləlik, menopouza zamanı orqanizmə hücuma keçir.

Birinci mərhələnin sonunda virus insan orqanizminə meydan oxumağa hazırdır – artıq mononukleozun simptomları görünür. Bu, virusun ən yoluxucu olduğu dövrdür.

İkinci mərhələdə virus bir və ya bir neçə vacib orqana – qaraciyərə və ya dalağa hücum edərək, daimi yerləşmək üçün özünə yer axtarır. Virus bu orqanları sevir, çünki orada onun qidalana biləcəyi ağır metallar, civə, dioksinlər və digər toksinlər toplanır.

Virusun başqa bir sirri var – streptokok bakteriyası onun ən yaxşı dostudur. İkinci mərhələdə bu bakteriya boğazda iltihaba səbəb ola bilər və ya aşağı enərək sidik-cinsiyyət sistemində, böyrəklərdə, sidik kisəsində infeksiyalara səbəb olur və sistit əmələ gətirir.

Üçüncü mərhələ – virus qaraciyərdə, dalaqda, yaxud digər orqanlarda yerləşməyə davam edir. Artıq EBV testləri zamanı mononukleotik fazanı görmək mümkün olur. Virusa yoluxma aşkar ortaya çıxır.

Yaratdığı xəstəliklər:
Filatov xəstəliyi (yoluxucu mononukleoz);
Hodgkin xəstəliyi (lenfogranulomatoz);
Xroniki yorğunluq sindromu;
Bədxassəli nasofarynx meydana gəlməsi;
Lenfoma, Berkitt Lenfoma da daxil olmaqla;
Ümumi immuniteti çatışmazlığı;
Sistemli hepatit;
Baş və onurğa beyninə ziyan (skleroz);
Mədə-bağırsaq şişləri;
Tinnitus (qulaqlarda cingilti);
Menyer xəstəliyi (daxili qulaqda yaranan və daxili qulaq boşluğunda maye);
Hipotiroidizm;
Autoimmun xəstəliklər;
Revmotit;
Artrit;
Tiroid (qalxanabənzər vəzi).

Xərçəng xəstəliklər

Entoni Uliyam hesab edir ki, bütün xroniki xəstəliklərin yaranmasının kökündə məhz EBV dayanır. Onun bununla bağlı bir sıra kitabları var, hansı ki bütün dünyada insanların şəfa tapmasına yardımçı olub.

Naturopatın qənaətinə görə, EBV-nun hətta ölü membranı da bədəni zəhərləməyə davam edir, bu da yorğunluğa səbəb olur. Bunun üçün də orqanizmi mütləq təmizləmək lazımdır.

Bədəndə aqressiv EBV ştammının olmasının nəticələri: qaraciyər ləng işləyir, neyrotoksinlərin neytrallaşdırılmasının öhdəsindən gəlmir. Qaraciyər zəif olduğu üçün mədədə xlorid turşusunun səviyyəsi azalır və bağırsaqda özünü zəhərləmə prosesi başlayır.

Tibbdə virusun müalicəsinin olmadığı bildirilir.

Entoni Uilyam EBV-dan sağalmağın yolları ilə bağlı bir sıra kitablar nəşr edib.
O, kitablarında kərəviz bitkisindən danışır. İnsanlara uzun müddət bu bitkinin şirəsini kurs şəklində içməyi tövsiyə edir. Həmçinin bildirir ki, ən ağır xroniki xəstəliyi olan insan bədənini cavanlaşdıra, sağlamlığına tam qovuşa bilər.

Vüqar Cavadzadə
Vüqar Cavadzadə, Foto: report.az

Prosesin müddəti sırf fərdi və bir çox amillərdən asılıdır. Kimsə virusu 3 ayda məğlub edir. Əksər hallarda bu müddət bir il çəkir, lakin bəziləri daha çox vaxt tələb edə bilər.

Həkim-infeksionist Vüqar Cavadzadə Meydan TV-yə deyir ki, EBV daha çox 30 yaşa qədər olan əhali arasında, xüsusilə də oğlanlarda müşahidə edilir.

Xroniki gedişli infeksiyanın etioloji müalicəsi olmadığı üçün qısa müddətdə qarşısını almaq olmur:

“İlkin mərhələdə virusu təyin etmək mümkün deyil. Virusa təsir edəcək konkret preparat yoxdur ki, orqanizmdən kənarlaşdırıb, bədəni təmizləsin. Ağırlaşma olduğu halda antibiotiklərdən istifadə edilir. Ağır gedişli xəstələrdə ilkin başlanğıc kimi hormonal terapiyadan istifadə edilir. Xəstələrə müxtəlif qrup vitaminlər təyin edilə bilər”.

Ana səhifəSağlıqViruslar və onların yayılması