“Vidadi Zeynalovdan aldığım bağlamanı generala çatdırmışam”

Nazirliyik təqsirləndirilən şəxslərə qarşı 153 milyon 346 min manat mülki iddia qaldırıb

Source:
Видади Зейналов
Видади Зейналов

“MTN generalı Sübahir Qurbanovun sürücüsü olmuşam. Vidadi Zeynalovdan bağlama götürmüşəm və həmin bağlamanı MTN generalı Sübahir müəllimə şəxsın vermişəm. Bağlamada nə olduğunu bilməmişəm”.

Bu sözləri dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində ifadə verən Ramil Əliyev deyib.

Ondan əvvəl isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi çıxış edib.


Vidadi Zeynalov ifadə verməkdən imtina etdi

Meydan TV-nin məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və “Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalova ifadə vermək təklif edilib.  Lakin o, cinayət işi ilə tanış olmadığını deyərək ifadə verməyib.

Daha sonra iclasda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edib.  Bildirib ki,  təqsirləndirilən şəxslərə qarşı 153 milyon 346 min manat mülki iddia veriblər. Həmin  iddianı müdafiə edirlər. O, həmin məbləği təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmasını istəyib.


Ba


ş


m


ü


hasib



paket



maa


ş


ald


ığı


n


ı


etiraf



edib

Digər şahid Rəqifə Abbasova qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş mühasib işləyib. Bildirib ki,  istintaqda sorğu-sual edilib: “Əvvəllər əlavə ödəniş almışam. Əvvəl 900 manat almışam,  sonra 200 manat artıb.  Paket 1200 manat almışam. Pulu mənə  rəhbərlik verib.  Rəhbərliklə qohumluq əlaqəm olmayıb”.


İşçilərə paketi mən verirdim

İclasda şahid Mətanət Məmmədova da ifadə verib. O,  təqsirləndirilən şəxslərin hamısını tanıdığını deyib.  Qeyd edib ki, nazirliyin plan-maliyyə şöbəsində işləyib.  O istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, nazirliyin maliyyə işlərinin hesabatı və beynəlxalq görülən işlərin hesabatını hazırlayıb:

“Hazırkı cinayət işi ilə heç bir əlaqəm yoxdur. Paket almışam. Bu da nazirlikdə olan qayda idi.  Əvvəl 800 dollar,  müdir olandan sonra 2300 manat almışam. 2015-ci ildə devalvasiyaya qədər 6 min manat almışam.  Devalvasiyadan sonra 4700 manat almışam.  Paketləri şöbənin işçilərinə mən verirdim.  Həmin pulları da mənə Vidadi Zeynalov verirdi.  Siyahıda adı olanlara paylayırdım”.


“İşimə görə əməkhaqqı almışam”

Daha sonra şahid Abbas Əhmədov bildirib ki,  istintaqa verdiyi ifadəsini təsdiqləyir. O, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində texniki şöbənin müdiri işlədiyini deyib: “İşlədiyim dövrdə heç bir paket almamışam.  İşimə görə əməkhaqqımı almışam.  Görülən layihələri hazırlamışam. Qiymətləndirimə işinə baxmamışam”.

Şahid Əli Zeynalov da təqsirləndirilən şəxsləri tanıyıb,  onlarla qohumluq əlaqəsinin olmadığını deyib:

“”Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində işləmişəm. Göstərişləri icra etmişəm.  Layihə-smeta hazırlamışam  Sənıdlər hazırlanandan sonra iş görülürdü”.

Proses dekabrın 16-da davam edəcək.


Xatırlatma

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş verənlərdən sonra prokurorluqda cinayət işi başlanıb və B.Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı araşdırmalar başlanıb.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Ana səhifəXəbərlər“Vidadi Zeynalovdan aldığım bağlamanı generala çatdırmışam”