“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 10 dekabr-Dünya İnsan Haqları günündə Azərbaycanda insan haqlarının durumu ilə bağlı toplantı keçirib. Toplantıda siyasi məhbus hesab olunan şəxslərin yaxınları da iştirak edib.
Tədbirdə “Eurovision” yarışması ərəfəsində həbs olunanların da yaxınları çıxış edıb. Onlar həbs olunanların adının siyasi məhbus siyahısına salınmasını istəyiblər.
Alyansın üzvü Oqtay Gülalıyev bildirib ki, bu gün Leyla Yunus da Hollandiyada Avropa İtifaqı və “Amnesty İnternational” təşkilatının böyük tədbirində çıxış edib.
Tədbirə internet vasitəsilə qoşulan Leyla Yunus özü, həyat yoldaşı Arif Yunus və qızları Dinara 24 saat ərzində yaxalarında Fuad Qəhrəmanlı və Tale Bağırzadənin şəkilləri asılmış halda gəzəcəklərini bildiriblər.