Milli Məclis “Pasportlar haqqında” qanuna dəyişiklik etdi
Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin və Konstitusiya Məhkəməsinin aparatlarının və sair orqanların rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilər) diplomatik pasport verilməsi nəzərdə tutulub.
Bununla bağlı Milli Məclisin iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik edilib. Həmçinin diplomatik pasport verilən şəxslərin siyahısına Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri də əlavə edilib.
Layihə səsvermə yolu ilə təsdiqlənib.