Veysəloglu MMC: Yeni məzənnə şirkət üçün çətinliklər yaradıb

Mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib

Source:


Mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib

Veysəloğlu şirkətinin distribyuterlik etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcək.

Bu bəyanatla Azərbaycanda ərzaq mallarının aparıcı tədarükçülərindən və istehsalçılarından biri Veysəloglu şirkətlər qrupu çıxış edib.

Bəyanatda qeyd olunur ki, hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib. Belə ki, yeni məzənnə şirkət üçün çətinliklər yaradıb.

Veysəloglu MMC 1994-cü ildən fəaliyyət göstərir və dünyanın 20-dən çox ölkəsindən idxal edilən 100-dən çox adda ərzaq məhsulunun distribyutorudur.

Həmçinin Bakıdakı “Ulduz” şokolad fabriki və “Sirab” mineral su zavodu da bu qrupa məxsusdur.

Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin apardığı uyğunluq sertifikatları reyestrinə əsasən 194 növ qida məhsulunun satış hüququ Veysəloglu şirkətlər qrupuna aiddir.

Ana səhifəXəbərlərVeysəloglu MMC: Yeni məzənnə şirkət üçün çətinliklər yaradıb