“Vətənə görə öldürmüşük özümüzü, indi də su tapmırıq içməyə” (VİDEO)



Zığ kəndinin sakinləri susuzluqdan, yollarının yararsız vəziyyətdə olmağından, nəqliyyatın yoxluğundan və işsizlikdən şikayətçidirlər

Zığ kəndinin sakinlərini burada toplayan sosial problemləridir. Onlar susuzluqdan, yollarının yararsız vəziyyətdə olmağından, nəqliyyatın yoxluğundan və işsizlikdən şikayətçidirlər.

Sakinlər sovet dövründən bu yana qəsəbəyə su çəkilmədiyini deyirlər. Qarabağ savaşında ayaqlarını itirən Qulamhüseyn Həsənov yaşadığı çətin şəraitdən danışır.

Sakinlər su almağa pul çatdırmadıqlarından danışırlar.

Suraxanı rayon icra nümayəndəsi Cəlaləddin Əhmədov deyir ki, Zığın relyefində problem olduğu üçün müvəqqəti olaraq, su xəttinin çəkilişi dayandırılıb.

“Azərsu” səhmdar cəmiyyətinin nümayəndəsi Səid Salayev isə Avropa Oyunlarına görə işlərin dayandırıldığını deyir.

Səid Salayev bir ay müddətinə Zığ kəndinə su çəkiləcəyini və həmin müddət ərzində sakinlərin pulsuz su ilə təmin olacağını bildirir.

Sakinlərin başqa bir problemi də işsizliklə bağlıdır. Onlar bir neçə müddət əvvəl örüş sahəsinin qeyri-qanuni şəkildə zəbt olunduğunu deyirlər.

Ana səhifəVideo“Vətənə görə öldürmüşük özümüzü, indi də su tapmırıq içməyə” (VİDEO)