”Vətəndaşların sülh danışıqlarına inamı ilbəil azalır”

Sorğuda iştirak edənlərin 92 faizi sülh danışıqlarında irəliləyiş gözləmir

Source:

Sorğuda iştirak edənlərin 92 faizi sülh danışıqlarında irəliləyiş gözləmir

“Atlas” Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ mövzusu ilə bağlı 500 respondent arasında sorğu keçirib.

Mərkəzdən Meydan TV-yə verilən məlumata görə, “2017-cı ildə sülh danışıqlarından irəliləyiş gözləyirsinizmi” sualına respondentlərin 92 faizi “xeyr”, 8 faizi “bəli” cavabını verib. Təşkilatın ötənilki sorğusunda eyni suala respondentlərin 86% “xeyr”, 14% “bəli” cavabını vermişdi.

“Bu nəticə vətəndaşların sülh danışıqlarına inamının ilbəil azaldığını göstərir. 2016-ci ildə bütün səviyyəli danışıqların nəticəsiz qalması da bunun əyani sübutudur- “Atlas” ekspetləri bu qənaətdədir.

Ötən il “2016-cı ildə müharibə başlaya bilərmi” sualına respondentlərin 56 faizi “müharibə mümkündür”, 23 faizi “müharibə ehtimalı azdır” cavabını vermiş, 21 faiz isə cavab verməkdə çətinlik çəkdiyini söyləmişdi. 1 il sonra keçirilən sorğunun nəticəsinə görə isə cavablardakı nisbət xeyli dəyişib. “2017-cı ildə müharibə başlaya bilərmi” sualına bu dəfə respondentlərin 82 faizi “müharibə mümkündür”, 11 faizi “müharibə ehtimalı azdır” cavabını verib.

Cəmi 7 faiz suala cavab verməkdə çətinlik çəkib.

“Böyük ehtimalla bir il ərzində cavabda nisbətin dəyişməsi 2016-cı ilin aprelindəki 4 günlük savaşla əlaqəlidir. Digər tərəfdən, böyük dövlətlərin il ərzində Ermənistan hakimiyyətinə təzyiq etməməsi amili də müharibə ehtimalının artması cavabına təsir göstərib” – ekspertlər dəyərləndirir.

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təsir imkanlarını necə qiymətləndirirsiniz” sualına respondentlərin cavabları belə olub: “Təsir imkanları böyükdür – 95 faiz”, “təsir imkanları yoxdur və ya azdır – 5 faiz”.

“Cavabdakı fərqin böyük olması Ermənistanın 2016-cı il ərzində Rusiyadan siyasi və hərbi nöqteyi-nəzərdən asılığının daha da artması ilə bağlıdır. Bu cavab həm də Azərbaycan vətəndaşlarının münaqişənin həllində Rusiyanın kifayət qədər böyük imkanlara malik olduğuna inandığını göstərir” – “Atlas” ekspertlərinin qənaətidir.

“Münaqişənin ədalətli həllini hansı amil sürətləndirəcək” sualına verilən cavablar bunlardır: “Azərbaycan güc tətbiq edəcəyi halda (72%)”, “Ermənistan mərhələli həll” planını qəbul edəcəyi halda (16%)“ və “Rusiya Ermənistana təzyiq edəcəyi halda (12%)”.

Ana səhifəXəbərlər”Vətəndaşların sülh danışıqlarına inamı ilbəil azalır”