Vətəndaşların ölkəyə gətirdiyi alkoqol və tütün məhsullarının limiti azaldıldı

Natiq Cəfərli: “Bu sərtləşmə dövlət büdcəsinə nə verəcək?”

Source:
Spirtli içki və tütün
Spirtli içki və tütün


Natiq Cəfərli: “Bu sərtləşmə dövlət büdcəsinə nə verəcək?”

Fiziki şəxslərin fərdi istehlak məqsədilə gömrük vergi və rüsumları ödəmədən ölkə ərazisinə gətirdiyi alkoqollu içki və siqaretin miqdarı azaldılıb.

Məlumatı Dövlət Gömrük Komitəsi

yayıb

. Bildirilir ki, bu barədə Milli Məclis Vergi Məcəlləsində dəyişiklik edib.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2018-ci il 29 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan prezidenti İlham Əliyev Sərəncam da imzalayıb.

İndiyədək Vergi Məcəlləsinin 188.1.1-ci maddəsinə əsasən fiziki şəxs fərdi istehlakı üçün 3 litr alkoqollu içkini, 600 ədəd siqareti gömrük vergi və rüsumu ödəmədən ölkə ərazisinə gətirə bilərdi. Məcəllənin həmin bəndində edilən dəyişikliyə əsasən, bundan sonra fiziki şəxs fərdi istehlakı üçün 1.5 litr alkoqollu içkini və 200 ədəd siqareti gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə biləcək.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli düşünür ki, dövlət bu qərarla büdcəsinin talanmasının, vergidən yayınmanın qarşısını almağa çalışır:

“Ancaq bunu çox sərt addımlarla edir. Tutaq ki, Qazaxda yaşayan Anaxanım xala min bir əziyyətə, təhqirə dözərək 6 blok siqaret, 6 şüşə arağı Gürcüstandan gətirib ona görə satırdı ki, sizin verdiyiniz təqaüdlə dolana bilmir, hər qutu siqaretdə 30 qəpik, hər şüşə arağda 3 manat qazanırdı. Cəmi 36 manat xeyri olurdu. Bunun da 6 manatını yola, yolda yeməyə, öz xərclərinə sərf edirdi. Qalan 30 manatına isə sizin məmurlara məxsus zavodda istehsal edilən çay alıb, sizin oliqarxlara məxsus supermarketdə bazarlıq edib, o xeyri də sizlərə təslim edib, evə dönürdü. Və yaxud Balakəndə yaşayan Xeybər dayı, Xudatda, Yalamada yaşayan Əbdül əmi də eyni qayda ilə evinə əlavə 5-10 manat pul qazanırdı. Bu qərarla onların bu imkanı əllərindən alınır”.

İqtisadçı deyir ki, dövlətin işi vətəndaşını dolandırmaqdır, yox, əgər bunu edə bilmirsə, insanların özləri-özlərini dolandırmasına imkan versinlər:

“Bu sərtləşmə ilə, güya büdcəyə nə qədər əlavə vəsait gələcək ki?! Olsun ilə 30-40 milyon manat. Bu pul hökumət üçün heç nədir. Ondansa imkan verə bilərlər ki, insanlar özlərinin tapdıqları çarələrlə dolansınlar”.

Ana səhifəXəbərlərVətəndaşların ölkəyə gətirdiyi alkoqol və tütün məhsullarının limiti azaldıldı