Vətəndaş şikayət etdi, gömrük rəisi işdən çıxarıldı

Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların – ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib

Source:


Gömrük komitəsi vətəndaşa təşəkkür etdi

Mayın 17-də

Meydan TV

Türkiyə Respublikasından köçüb Azərbaycana gələn Xanım Şabanovanın şikayətini dərc etmişdi. O bildirirdi ki, ev və şəxsi əşyalarını Sınıq Körpü Gömrük Keçid Məntəqəsində saxlayıb, buraxmayıblar. Xanım iddia edirdi ki, əşyalarının gömrükdən keçirilməsi üçün ondan rüşvət istəyiblər. "Əşyalarımızı gömrükdə saxlayıb, rüşvət istəyirlər'' başlıqlı yazıda X. Şabanova dəfələrlə Dövlət Gömrük Komitəsinə müraciət etdiyini, ancaq bir nəticənin olmadığını söyləyirdi. X. Şabanovanın əşyaları martın 21-dən bəri Sınıq Körpü Sərhəd Keçid Məntəqəsində saxlanır.

Mayın 20-də

Dövlət Gömrük Komitəsi

nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə Sınıq Körpü Sərhəd Keçid Məntəqəsinin rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub:

"Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların – ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib".

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirib.

Ana səhifəXəbərlərVətəndaş şikayət etdi, gömrük rəisi işdən çıxarıldı