”Vətəndaş platforması” Leyla Yunusu qadınlar bayramı münasibətilə təbrik edib

”Qadınlar Bayramı ərəfəsində bu, xüsusilə xoşdur və mənim üçün bu, xatırlanmağımın və dəstəklənməyimin işarəsidir”

Source:


”Qadınlar Bayramı ərəfəsində bu, xüsusilə xoşdur və mənim üçün bu, xatırlanmağımın və dəstəklənməyimin işarəsidir”

Qeyri-formal “Vətəndaş platforması” birliyinin nümayəndələri martın 7-də hüquq müdafiəçisi Leyla Yunusa baş çəkiblər, onu 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

Mehman Əliyev, Əvəz Zeynallı və jurnalist Tapdıq Fərhadoğlu qadın cəzaçəkmə müəssisəsində jurnalist Xədicə İsmayılova ilə görüşlərinə icazə verilmədikdən dərhal sonra Leyla Yunusun evinə qonaq olublar.

Leyla xanım “Vətəndaş platforması” adından çiçəkləri və təbrikləri qəbul edərək, bütün dostlarına mənəvi dəstəyə görə təşəkkür edib. “Qadınlar Bayramı ərəfəsində bu, xüsusilə xoşdur və mənim üçün bu, xatırlanmağımın və dəstəklənməyimin işarəsidir”, deyə o bildirib.

* “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunus 2014-cü il iyulun 30-da saxlanılıb və ağır cinayətlərdə, o cümlədən dövlətə xəyanətdə ittiham olunub. 2015-ci ilin avqustunda 8,5 il müddətinə həbs edilib. Elə həmin ilin dekabrında bu müddət şərti həbs cəzası ilə əvəz edilib. Lakin hakimiyyət Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun həddindən artıq ehtiyac duyduqları müalicə üçün xaricə getməsinə mane olur.

Ana səhifəXəbərlər”Vətəndaş platforması” Leyla Yunusu qadınlar bayramı münasibətilə təbrik edib