Vətəndaş müstəqillik dövründə adına qoyulan əmanəti ala bilmir

”Əmanətlərin qaytarılması barəsində fərman yoxdur”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Əmanətlərin qaytarılması barəsində fərman yoxdur”

“Müstəqillik illərində valideynlərim mənim adıma banka pul qoyublar. Ancaq mən o pulları ala bilmirəm”.

Bunu Ağcabədinin Hindarx qəsəbəsinin sakini Zöhrab Hüseynov deyir.

Şikayətçi bildirir ki, bu pullar 1993-95-ci illərdə onun adına qoyulub. Bu gün müraciət etmədiyi qurum qalmayıb, pulunu ala bilmir:

“Həmin illərdə Respublikamızda dövlət bankının əmanət kassasına qoyulub pullar. Sonradan adı dəyişdirilərək “Kapital Bank” edildi. Onu da deyim ki, həmin pullar Azərbaycan manatı ilə qoyulub. 18 yaşım olanda pulumu çıxarmalı idim. Təəssüflər olsun ki, halalca pulumu mənə vermirlər”.


“Vətəndaş əmanəti məhkəmə yolu ilə ala bilər”

Zöhrab Hüseynov bununla bağlı Maliyyə Nazirliyinə də müraciət edib. Müraciəti ilə bağlı nazirliyin göndərdiyi rəsmi məktubda deyilir: “Həmin illər qoyulan əmanətlərin verilməsi ilə bağlı qərar qəbul edilməlidir. Hələ ki, hər hansı qərar qəbul edilməyib”.

Nazirlik sonda vətəndaşdan üzr istəyərək, problemin tezliklə həllini tapacağına ümid edir.

Bank sahəsi üzrə ekspert Əkrəm Hüseynov isə deyir ki, bu, vətəndaşın halal puludur və bank həmin pulu qaytarmağa borcludur:

“Bank öhdəliyə görə hər bir halda cavabdehdir. Burada vətəndaş pulunu çıxarmaq istəyi ilə bağlı əvvəlcə banka yazılı müraciət etməlidir. Cavab almadığı və ya onu qane etməyən cavab verildiyi təqdirdə bankı məhkəməyə verib, əmanəti məhkəmə yolu ilə ala bilər”.

“Kapital Bank”dan isə Meydan TV-yə bildirdilər ki, Sovet dövründən qalan əmanətlərin qaytarılması prosesi 2 il bundan öncə bitib: “Digər əmanətlərin qaytarılması barəsində fərman yoxdur”.

Ana səhifəXəbərlərVətəndaş müstəqillik dövründə adına qoyulan əmanəti ala bilmir