Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri və “Yüksəliş naminə” onlayn nəşrinin baş redaktoru Elçin Məmməd bu gün səhər saatlarından etibarən 12 saat saxlandıqdan sonra sərbəst buraxılıb.
“Turan İA”-ın müxbiri ilə söhbətində o bildirib ki, səhər saat 4-də təyyarə ilə Bakıya gəlib, burada sərhədçilər tərəfindən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi olması əsası ilə saxlanılıb.
O, 192 (qanunsuz sahibkarlıq) və 309-cü (vəzifə səlahiyyətlərini aşma) maddələrlə ittiham olunur.
Bu ittihamlar aprelin 10-da irəli sürülüb, lakin fəala ölkəni tərk edə bilməyəcəyi barədə xəbərdarlıq edilməyib. Buna görə 9 gün sonra o, xidməti ezamiyyət məqsədilə maneəsiz şəkildə ölkəni tərk edib.
Saxlanıldıqdan sonra Elçin Məmməd aeroport polisinə təhvil verilib, oradan isə Azərbaycan Beynəlxalq Bankına kreditlərin qaytarılmaması haqqında araşdırma ilə bağlı Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılıb.
“Başa düşmürəm, məni niyə oraya aparıblar. Mən oliqarx deyiləm, biznesmen deyiləm. Biz cəmi 5 min manat kredit almışıq. Ödəniləcək cəmi 1800 manat qalıb və geri ödəniş müddəti bitməyib”, deyə Məmməd bildirib. Sonda jurnalist sərbəst buraxılıb, bir daha çağırılacağı bildirilib.
2014-cü ilin noyabrından bir qrup QHT-nin fəaliyyətinin araşdırılması işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılb
Sumqayıt Gənclərini Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd bu gün Avropadan gələrkən Bakı aeroportunda saxlanılıb.
Məlumatı onun müavini Elçin Həsənov yayıb. Onun sözlərinə görə, insident səhər saat 4-də baş verib. E.Məmməd E.Həsənova telefon edib saxlandığını söyləyib.
E.Məmməd 2014-cü ilin noyabrından bir qrup QHT-nin fəaliyyətinin araşdırılması işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılb.
Aprelin əvəlində ona bildirilib ki, o ittiham olunan şəxs kimi cəlb edilib. Bununla belə, E.Məmməd aprelin 19-da ölkədən buraxılıb və Strasburqa gedib, indiyədək Avropada olub.