Vətəndaş Cəmiyyəti Forumu: QHT və KİV-ə qarşı təqiblərə son qoyulsun

”Əgər məsələyə siyasi məhbus statusunun müəyyən edilməsi üzrə Avropa Şurası meyarları prizmasından yanaşsaq o zaman onların sayı bir neçə minə çatır”

Source:


”Əgər məsələyə siyasi məhbus statusunun müəyyən edilməsi üzrə Avropa Şurası meyarları prizmasından yanaşsaq o zaman onların sayı bir neçə minə çatır”

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin himayəsilə aprelin 19-da Bakı Beynəlxalq Mətbuat Mərkəzində vətəndaş cəmiyyəti forumu açılıb.

Tədbir iştirakçıları son iki ildə vətəndaş cəmiyyətinin üzləşdiyi problemləri müzakirə edib. Əsasən diqqət QHT sahəsində qanunvericiliyin pisləşməsinə, fəalların təqib edilməsinə, bank hesablarının dondurulmasına, ölkədən çıxışa qadağanın qoyulmasına yönəlib.

Forum zamanı vətəndaş cəmiyyətinin inkişafı yolundakı problemlərin həlli yolları axtarılıb.

Qeyd olunub ki, sözügedən problemlərin həll edilməməsi “Hasilat sənayesində şəffaflıq” (EITI)   və “Açıq hökumət” Tərəfdaşlığı OGP) kimi şəffaflıq üzrə beynəlxalq qurumlarda iştiraka əngəl törədəcək

Hakimiyyətin nümayəndəsi, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev qaldırılan məsələlərin həlli ilə bağlı hakimiyyətin gördüyü tədbirlərdən danışıb.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin əməkdaşı Gülsel Səfərova təşkilatçıların söylədikləri problemlərin olmasını inkar edib, əsasən siyasi məhbusların, KİV ilə bağlı problemlərin olmamasından danışıb.

Onun çıxışı bu yaxınlara qədər siyasi məhbus sayılan Hilal Məmmədov, Əvəz Zeynallı, Oqtay Gülalıyevin kəskin etirazına səbəb olub. Onlar yüzlərlə yox, minlərlə siyasi məhbusun olduğunu bildiriblər.

“Əgər məsələyə siyasi məhbus statusunun müəyyən edilməsi üzrə Avropa Şurası meyarları prizmasından yanaşsaq o zaman onların sayı bir neçə minə çatır”, – Ə.Zeynallı qeyd edib.

H.Məmmədov özünü uydurma ittihamın və ədalətsiz məhkəmə qərarının qurbanı hesab edir. O qeyd edib ki, belə ittihamlar digər jurnalistlərə və vətəndaş fəallarına qarşı irəli sürülüb.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası nəzdində Hüquq və Monitorinq Komissiyasının rəhbəri Əliməmmd Nuriyev bildirib ki, yaxın vaxtlarda vətəndaş cəmiyyəti sahəsində Milli Fəaliyyət Planı ictimaiyyətə təqdim olunacaq. O həmçinin deyib ki, hasilat sənayesində şəffaflıq Koalisiyasına daxil olan bəzi QHT-lərin bank hesablarından həbslər götürülüb, bir sıra vətəndaş fəalının xaricə getməsinə qoyulan qadağa aradan qaldırılıb və başqa məsələlər də həll edilir.

Forumun aparıcısı, şəffaflıq Koalisiyasının üzvü Qubad İbadoğlu qeyd edib ki, vətəndaş cəmiyyəti QHT-lərlə bağlı bəzi müsbət irəliləyişləri alqışlayır.  “Lakin biz QHT və KİV-in azad fəaliyyəti üçün bütün maneələrin aradan qaldırılmasına yönələn genişmiqyaslı qərarların qəbulunu gözləyirik”, – o vurğulayıb.

Sonda qəbul olunan qətnamə beş bloku əhatə edib: qanunvericilik, fəaliyyət şəraiti, insan hüquqları, söz azadlığı, siyasi məhbuslar problemi.

Əsasən qətnamədə qanunvericiliyə yenidən baxılmasına, QHT-lərin və beynəlxalq donorların fəaliyyəti üçün məhdudiyyətlərin aradan qaldırılmasına, həmçinin vətəndaş cəmiyyəti institutlarının harmonik inkişafı üçün şəraitin yaradılmasına dair proqramın hazırlanması ilə bağlı onlarla dialoq üçün Milli Fəaliyyət Planının qəbuluna çağırılır.

Sənəd müəllifləri insan hüquqlarının tam şəkildə reallaşması – vətəndaş fəallarına, siyasi funksionerlərə təzyiqlərə son qoyulması, hərəkət və toplaşma azadlığına məhdudiyyətin aradan qaldırılması üçün şəraitin yaradılmasına çağırırlar.

Bundan əlavə, söz azadlığının və müstəqil KİV-in davamlı inkişafının təmin edilməsi, söz azadlığı və KİV-ə bütün qanunverici məhdudiyyətlərin aradan qaldırılması, diffamasiya haqqında qanunun qəbulu, həbsdə olan jurnalistlərin və blogerlərin azadlığa buraxılması, jurnalistlərə qarşı cinayət təqiblərinə son qoyulması, KİV-in iqtisadi müstəqilliyinin əsaslarının inkişafı üçün şəraitin yaradılması irəli sürülür.

Qətnamədə qısa müddətdə bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırılır (


”Turan” IA


).

Ana səhifəXəbərlərVətəndaş Cəmiyyəti Forumu: QHT və KİV-ə qarşı təqiblərə son qoyulsun