“Vətəndaş cəmiyyəti amansızca boğulur”

“Article 19” təşkilatı QHT-ni birləşdirən Açıq Hökumət Beynəlxalq Koalisiyasının bəyanatını dəstəkləyir

Source:


“Article 19” təşkilatı QHT-ni birləşdirən Açıq Hökumət Beynəlxalq Koalisiyasının bəyanatını dəstəkləyir

2014-cü ilin əvvəlindən Azərbaycan hakimiyyəti onlarla fəalı və jurnalisti saxta ittihamlarla həbs edərək, vətəndaş cəmiyyətinin amansızca boğulmasını təşkil edib. Eyni zamanda, hökumət bir sıra digər QHT-lərin təqibinə başlayıb, onları fəaliyyətini dayandırmağa və ya ölkəni tərk etməyə məcbur edib.

Bu barədə onlarla QHT-ni birləşdirən Açıq Hökumət Beynəlxalq Koalisiyasının 18 may tarixli bəyanatında deyilir.

Həmçinin “Article 19” Hüquq Müdafiə Təşkilatı Azərbaycanda vətəndaş cəmiyyətinin ölkənin ictimai-siyasi həyatında iştirak etmək imkanı olmadığı qeyd edilən bu məruzəni alqışlayır.

“Məruzə vətəndaş cəmiyyətinin təqibinə son qoyulması məqsədilə Azərbaycan hökumətinə təzyiq göstərilməsində mühüm addımdır. Tamamilə aydındır ki, Azərbaycan açıq idarəetməyə yardım və islahatların aparılması üzrə öhdəliklərini yerinə yetirmir”, deyə “Article 19”-un icraçı direktoru Tomas Hyuz bildirib.

Adı çəkilən məruzə “Article 19”, “Sivikus və Publish What You Pay”-in 2 mart 2015-ci il tarixli müraciətindən sonra hazırlanıb.

Məruzənin tam variantını burada oxumaq olar:


www.opengovpartnership.org/sites/default/files/attachments/Final%20Report%20-%20Concerns%20Filed%20on%20Azerbaijan.pdf

Ana səhifəXəbərlər“Vətəndaş cəmiyyəti amansızca boğulur”