“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərə mənzil veriləcək

Prezident yeni sərəncam imzalayıb

Source: Meydan TV


Prezident yeni sərəncam imzalayıb

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər və ailələri mənzillə təmin ediləcək. Avqustun 25-də ölkə başçısı İlham Əliyev bununla bağlı sərəncam

imzalayıb.

“Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə” imzalanan sərəncamda deyilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin; bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin.

Sənəddə qeyd olunub ki, nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi İpoteka və Kredit Zəmanət Fondunun nazirliyin balansına verdiyi və ya nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.

Ana səhifəXəbərlər“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərə mənzil veriləcək