“Tekfen İnşaat”la imzalanan müqavilənin qiyməti 150 mln manatdır
Vergilər Nazirliyi yeni inzibati binanın tikintisi üçün Türkiyənin “Tekfen İnşaat” şirkəti ilə 150 mln manatlıq müqavilə imzalayıb. “Turan” agentliyi “Tekfen İnşaat”a istinadən yazıb ki, 33 mərtəbəli binanın hündürlüyü 169 m, qapalı ərazisi 44 200 kv m, açıq sahəsi 30 000 kv m olacaq.
Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Layihəsinin araşdırmasına görə, “Tekfen” (40%) SOCAR-la (60% ) birlikdə “Azfen” şirkətində paya sahibdirlər.
Azərbaycanda “Tekfen”ə verilmiş layihələrə aşağıdakılar daxildir:
1. Bakı Olimpiya Stadionu – 850 mln dollar
2. SOCAR Tower binası – 382 mln dollar
3. Azəri-Çıraq-Günəşli dəniz yatağındakı layihələr – 248,5 mln dollar
4. Neft platformaları üçün modulyar binaların tikilməsi və quraşdırılması – 207 mln dollar
5. Xəzər dənizindəki yeni Şahdəniz-2 qazma layihəsinin modulyar binalarının tikilməsi və quraşdırılması – 262,3 mln dollar