Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı

Vidadi Məmmədov Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub

Source:


Vidadi Məmmədov Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub

Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

O, Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.

APA-nın əldə etdiyi məlumata görə, V. Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir.

Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

Qafqazinfo.az bildirib ki, V.Məmmədovun işdən azad olunması sıradan bir hadisə yox, son günlər həyata keçirilən “təmizləmə siyasəti”nin tərkib hissəsidir.

Belə ki, Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri MTN şefi olan Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Elə onun bu sistemə yerləşdirilməsi də məhz Eldar Mahmudovun səyi nəticəsində baş tutub.

Vergilər Nazirliyində ən yüksək və strateji postlardan birinə gətirilən V.Məmmədov general rütbəsinə qədər yüksəlib. Onun bu postda MTN generalı Akif Çovdarov sayağı fəaliyyət göstərdiyi bildirilir.

Ana səhifəXəbərlərVergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı