Qurumdan agentliyə yenə məktub göndərilib
Sentyabrın 19-da axşam “Turan” agentliyinə yenə Vergilər Nazirliyindən məktub daxil olub. 11 sentyabr tarixli növbəti məktubda agentliyin şikayəti üzrə başlanmış təhqiqatın dayandırıldığı bildirilir.
Məlumatı “Turan” yayıb.
Vergi Riskləri Departamentinin rəhbəri Fərid Cəbrayılın adından göndərilən məktubdan məlum olur ki, səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı 14 avqust tarixli qərarın ləğvi barədə “Turan”-ın şikayətinə baxılıb.
Şikayətdə vergi sanksiyasının hesablanması ilə bağlı agentliyin 2014-2016-cı illər üçün fəaliyyətinin son kameral yoxlanması barədə qərardan etiraz verilib.
“Yoxlama zamanı müəyyən edilib ki, agentlik 1 saylı İnzibati-İqtisadi Məhkəməsində müvafiq iddia qaldırıb. Eyni vaxtda inzibati və məhkəmə yoxlamasının keçirilməsinin mümkün olmadığını nəzərə alaraq, agentliyin ona qarşı cinayət işinin dayandırılması barədə müraciəti məhkəmə orqanlarına verilib.
Agentliyin şikayətinin təhqiqatının dayandırılması barədə qərar qəbul edilib”, – məktubda deyilir.
Vergilər Nazirliyi Bakı Şəhər Lokal Gəlirlər Departamenti “Turan” agentliyinə qarşı 2014-2016-cı illər üçün 37 min manat həcmində vergi sanksiyasını bərpa edib.
Ancaq sentyabrın 12-də nazirliyin həmin departamentindən “Turan”-a 11 sentyabr tarixli 3 məktub gəlib. Məktublarda bildirilib ki, agentliyin vergi borcu və hər hansı cərinə sanksiyası yoxdur.
“Həmin günlərdə nazirlikdə nə baş verib ki, eyni qurum heç bir səbəb göstərmədən öz mövqeyini 180 dərəcə dəyişir?” – agentlik sual edir.
Vergi sanksiyaları ləğv edildikdən sonra agentliyin bank hesabları açılmışdı.
Avqustun 7-də Lokal Gəlirlər Departamenti “Turan”-a qarşı 2016-cı il üçün 37 min manat həcmində ödənilməyən vergi hesablayıb və cinayət işi qaldırıb.
Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs olunub. Ancaq sentyabrın 11-də heç yana çıxmamaq barədə iltizam ilə azadlığa buraxılıb.