Bu gün Dalğa Gənclər Hərəkatı Vergilər Nazirliyinin qarşısında kitab flaş-mobu təşkil edib. Aksiya “Qanun” nəşriyyatına olan təzyiqlərlə bağlı etiraz əlaməti olaraq keçirilib. Aksiyada 10 nəfərdən çox gənc iştirak edib. Gənclər parkda sakitcə oturub, “Qanun” nəşriyyatına aid olan kitablar oxuyublar.