Vergidən yayınan şirkət rəhbəri İnterpol xətti ilə axtarışa verilib

Qalib İbrahimov “Azkomp” MMC-nin direktorudur

Source:


Qalib İbrahimov “Azkomp” MMC-nin direktorudur

Azərbaycanda vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 54 yaşlı Qalib İbrahimov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, Q. İbrahimov “Azkomp” MMC-nin direktorudur.

Son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda yerli və əcnəbi iş adamları beynəlxalq axtarışa verilib.

Ana səhifəXəbərlərVergidən yayınan şirkət rəhbəri İnterpol xətti ilə axtarışa verilib