Venesiya Komissiyası Konstitusiyaya düzəlişlərə qiymət verəcək

”Rəyin mətni 14-15 oktyabr plenar sessiyasında müzakirə və təsdiq olunacaq”

Source:


”Rəyin mətni 14-15 oktyabr plenar sessiyasında müzakirə və təsdiq olunacaq”

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda 26 sentyabr referendumuna bir həftə qalmış ölkə Konstitusiyasına düzəlişlər üzrə rəy layihəsini təqdim edəcək.

“Rəyin mətni 14-15 oktyabr plenar sessiyasında müzakirə və təsdiq olunacaq”, deyə RİA Novosti-yə Venesiya Komissiyasından bildiriblər.

Bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasının Bürosu Venesiya Komissiyasını təklif olunan dəyişikliklərin Avropa Şurası standartlarına və tələblərinə uyğunluğunu yoxlamağa və qiymətləndirməyə çağırıb.

AŞPA bürosu bu addımı Azərbaycan hakimiyyətinin Konstitusiyaya təklif edilən dəyişiklikləri Venesiya Komissiyasının ekspertizasına göndərməkdən imtina etməsindən sonra atıb.

Ana səhifəXəbərlərVenesiya Komissiyası Konstitusiyaya düzəlişlərə qiymət verəcək