Bakıda velosipedçilər avtobuslara velobaqaj qoyulmasını istəyirlər
Bununla bağlı sosial şəbəkələrdə “event” yaradıb, imza toplayırlar. Bildirirlər ki, şəhərin bəzi istiqamətlərinə velosipedlə getməkdə çətinlik çəkirlər. Buna görə də avtobuslara velobaqaj qoyulmasını istəyirlər:
“Məsələn, Yasamaldan Sahilə velosipedlə 10 dəqiqəyə getmək mümkündür. Ancaq Sahildən Yasamala qalxmaq olduqca çətindir və zaman alır. Halbuki avtobuslarda velobaqaj olsa, bu problem həllini tapar. Hamısına olmasa belə, şəhərin mərkəzdən kənar hissələrinə işləyən BakuBuslara velobaqaj qoyulmasını istəyirik”.
Velosipedçilər bununla bağlı rəhbərliyə yazılı müraciət etmək üçün imza toplama aksiyasına başlayıblar.