Vəkillər jurnalistlərə açıqlama verməyib

Akif Çovdarovun məhkəməsində nə baş verdiyi deyilmir

Source:
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov
Akif Çovdarov



Akif Çovdarovun məhkəməsində nə baş verdiyi deyilmir

Aprelin 10-da Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. İclasdan sonra A. Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırmayıblar. Məhkəmə başa çatdıqdan sonra jurnalistlərə  açıqlama verməyən vəkillər maşına minərək uzaqlaşıblar.

Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Ana səhifəXəbərlərVəkillər jurnalistlərə açıqlama verməyib