”Vəkillər bir çox halda qanunların dəyişikliyindən xəbərsiz olurlar”

Siyavuş Novruzov: “Vəkillik fəaliyyətinə üz tutan gənclərə imkanlar yaradılmalıdır”

Foto: arxiv
Siyavuş Novruzov
Siyavuş Novruzov


Siyavuş Novruzov: “Vəkillik fəaliyyətinə üz tutan gənclərə imkanlar yaradılmalıdır”

“Nümayəndəlik institutu ləğv edildikdən sonra vəkillik institutuna böyük ehtiyac yaranıb”.

Bunu Milli Məclisin komitə sədri deputatı Siyavuş Novruzov parlamentin iclasında deyib.

Azərbaycanda vəkillik və vəkillik fəaliyyəti haqqında kifayət qədər qanunvericilik bazası var, amma vəkillik fəaliyyəti ilə bağlı qanunlarda sadələşdirilmə aparılmalıdır: “Vəkillik fəaliyyətinə üz tutan gənclərə imkanlar yaradılmalıdır. Düşünürəm ki, onlar vəkil kimi prosesə cəlb edildikdən sonra püxtələşib yaxşı kadr kimi formalaşa bilərlər”.

S.Novruzov Milli Məclisdə qanunlara edilən dəyişikliklər haqqında vəkillərin məlumatlandırılmasının vacibliyini qeyd edib. O bildirib ki, əvvəllər bununla bağlı institutlar var idisə, hazırda belə institutlar yoxdur:

“Milli Məclisin demək olar ki, hər iclasında İnzibati Xətalar, Mülki, Əmək məcəllələrinə dəyişikliklər edilir. Lakin nədənsə fəaliyyət göstərən vəkillər bir çox halda bunlardan xəbərsiz olurlar. Vəkillərin dəyişikliklərdən xəbərdar olması üçün onlara təlim keçirilməlidir. Baxırsan ki, çoxu prosedur qaydasını bilir, lakin dəyişiklikdən xəbərləri yoxdur. Biz vəkillərin dəyişikliklərlə bağlı maariflənməsinə diqqət göstərməliyik”.

Deputat vəzifəsini düzgün yerinə yetirmədiyinə, rüşvətxorluq və digər neqativ hallara görə səlahiyyətlərinə xitam verilən vəkillərin yenidən vəkil kimi fəaliyyətinə etirazını bildirib:

“Belə şəxslərin sonradan vəkil kimi fəaliyyət göstərməsi etik qaydalara uyğun deyil. Düzdür, onlar imtahanla işə qəbul olunur. Lakin fəaliyyətində nöqsana görə işindən məhrum olunanlar yenidən vəkillik fəaliyyəti ilə məşğul olmamalıdırlar. Bura eyni zamanda vaxtilə hüquqları pozan hüquq müdafiəçiləri də daxildir. Onların ədliyyə və digər orqanlarda çalışması qeyri- mümkündür. Həmin şəxslərə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək göstərilməməli və heç bir maliyyə yardımı edilməməlidirlər. Belə şəxslər Avropa Şurasına, ayrı-ayrı strukturlara yalandan siyahılar göndərməklə məşğuldurlar”.

Ana səhifəXəbərlər”Vəkillər bir çox halda qanunların dəyişikliyindən xəbərsiz olurlar”