Vəkilin məhkəməsi təxirə salındı (VİDEO)

Sentyabrın 2-də 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsində Əlayif Həsənovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı iddiaya baxılıb. Əlayif Həsənov vəkillər kollegiyasından qanunsuz olaraq uzaqlaşdırıldığını deyir.

“Azərbaycanın bərbad məhkəmə tarixində nadir bir qərardır. Çünkü qanun müəyyən edir ki, əgər vəkilin fəaliyyətinə imkan verməyən bir hərəkətləri olubsa, o, məhkəmə qaydasında kənarlaşdırılmalıdır. Ancaq mənim haqqımda vəkillər kollegiyası vəkillik fəaliyyəti haqqında qanunun 23-cü maddəsinə səhvən, tamamilə özbaşına olaraq istinad etməklə qərar verib”.

Əlayif Həsənov “Amenistia İnternational” təşkilatlarının “Vicdan məhbusu” kimi tanıdığı nidaçı Ömər Məmmədovu, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu müdafiə edib.

Ana səhifəVideoVəkilin məhkəməsi təxirə salındı (VİDEO)