Vəkili Xədicə İsmayılla görüşüb

Jurnalist yüksək əhval-ruhiyyədədir, bütün dostlarına təşəkkürünü bildirib

Source:


Jurnalist yüksək əhval-ruhiyyədədir, bütün dostlarına təşəkkürünü bildirib

Dekabrın 12-də vəkil Yalçın İmanov həbsdə olan jurnalist Xədicə İsmayılla görüşüb. Məlumatı Azadlıq Radiosuna vəkilin özü məlumat verib.

Yalçın İmanovun sözlərinə görə, Xədicə İsmayıl saxlanma şəraitindən narazı deyil: “Yüksək əhval-ruhiyyədədir. Hər kəsə salamları var. Dedi ki, məndən narahat olmasınlar. Onun müdafiəsində iştirak edən bütün dostlara təşəkkürünü çatdırmağımı istədi”.

Vəkil Yalçın İmanov bildirib ki, görüş normal keçsə də, görüşdən öncə və sonra təcridxanada bir sıra problemlə üzləşib: “Siyasi məsələlər ilə bağlı həbs olunan şəxslərin vəkillərinin üzərində əsassız yoxlamalar aparırlar. Həm təcridxanaya girəndə, həm də çıxanda. Mənim də üzərimdə axtarış aparıb, bütün qeydlərə baxmaq istəsələr də, bundan imtina etdim. Əsassız yoxlamaya görə aramızda mübahisə yarandı”.

Dekabrın 5-də Səbail Rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Ana səhifəXəbərlərVəkili Xədicə İsmayılla görüşüb