Vəkili Qiyas İbrahimova bəraət verilməsini tələb edir

”25 səhifəlik apellyasiya şikayətini Bakı Ağır Cinayətlər Məhkəməsinə verdim”

Source:


”25 səhifəlik apellyasiya şikayətini Bakı Ağır Cinayətlər Məhkəməsinə verdim”

Vəkil Elçin Sadıqov müvəkkili Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verib. Bu barədə vəkil “Facebook” səhifəsində yazıb. Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi 25 səhifəlik apellyasiya şikayətində Qiyas İbrahimova bəraət verilməsini tələb edib.

Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimovun məhkəmə prosesi yekunlaşıb.

Hökmə əsasən, Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

Gənc fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Onların heç biri özünü təqsirli bilmirlər və Heydər Əliyevin heykəlini yazdıqlarına görə, şərlənib həbs edildiklərini, istintaq zamanı işgəncələrə məruz qaldıqlarını bildirilər.

Ana səhifəXəbərlərVəkili Qiyas İbrahimova bəraət verilməsini tələb edir