Vəkili Məmməd İbrahimin buraxılması üçün müraciət etdi

Yalçın İmanov: “Məmməd İbrahimin buraxılmaması qanunun tələbinin pozulması deməkdir”

Source:
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim


Yalçın İmanov: “Məmməd İbrahimin buraxılmaması qanunun tələbinin pozulması deməkdir”

“Bu gün AXCP sədrinin müşaviri Məmməd İbrahimin atasının yasına buraxılması ilə bağlı müraciəti Penitensiar Xidmətə təqdim etdim”, – vəkil Yalçın İmanov Meydan TV-yə belə deyib.

Vəkil müraciəti birbaşa rəhbərliyə təqdim etmək istəyinin baş tutmadığını deyir: “Məndən ərizəni poçtla göndərməmi istədilər. “Cinayətlərin icrası haqqında” Qanunun uyğun maddələri yaxını dünyasını dəyişən məhbusa bir həftə səfər müddəti tanıyır. Həm də belə müraciətlərin təxirə salınmadan icra edilməsi məsələsi var. Bundan əlavə, təcrübə var ki, bir neçə dustaq qanundakı bu müddəadan yararlanaraq yaxınlarının hüzrlərinə buraxılıblar. Odur ki, buna qarşı hər hansı alternativ görmürəm, bu qanunun tələbi deməkdir. Əksi olarsa, bu qanunun tələbinin pozulması demək olacaq”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin əməkdaşı sualı sualla cavablandırıb: “Dörd məhbusun rəhmətə gedəni var və bunun üçün müraciət ediblər. Niyə məhz Məmməd İbrahimlə maraqlanırsız?  Müstəqil media orqanısızsa, hamısıyla maraqlanın də. O ki qaldı müraciətə, hələ ki, bizə müraciət daxil olmayıb. Müraciəti aldığımız andan 24 saat ərzində cavab vermək öhdəliyimiz var. Ondan sonra mətbuata bu barədə məlumat veriləcək”.

Məmməd İbrahimin atası sentyabrın 3-də vəfat edib. Penitensiar Xidmətdən müsbət cavab almadıqdan sonra onun atası Yevlax şəhərində torpağa tapşırılıb.

Məmməd İbrahim CM-in 221.2.2-ci maddəsi ilə təqsirləndirilir. O, 3 il azadlıqdan məhrum edilib. Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Ana səhifəXəbərlərVəkili Məmməd İbrahimin buraxılması üçün müraciət etdi