Vəkili Mehman Hüseynovla görüşüb

Bloger saxlanma şəraitindən narazılıq etməyib

Source:


Bloger saxlanma şəraitindən narazılıq etməyib

Martın 6-da vəkil Elçin Sadıqov Şüvəlan Təcridxanasında bloger Mehman Hüsenovla görüşüb.

Bu barədə “Facebook” səhifəsində məlumat yayan vəkil bildirib ki, məhbus blogerin əhvalı yüksəkdir və zarafatından qalmır.

O, Mehman Hüseynovun kameraya yerləşdirildiyini bildirib:

“Kamerada 5 nəfərdilər, yerləri darısqal deyil və şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir. Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi. Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır”.

Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs edilib.  Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2 maddəylə ittiham olunub.

Bloger irəli sürüləın ittihamı siyasi sifariş hesab edir.

Ana səhifəXəbərlərVəkili Mehman Hüseynovla görüşüb