Vəkili Kürdəxanıda Nazim Ağabəyovla görüşüb

Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlayıb

Source:

Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlayıb

Vəkil Adil İsmayılov son günlər müxtəlif KİV-lərdə Nazim Mayis oğlu Ağabəyovun həbsi ilə əlaqədar yayılan və bəzən həqiqətə uyğun olmayan məlumatlarla bağlı açıqlama yayıb. Vəkil öz Facebook səhifəsindəki paylaşımında yazır:
“Nazim Ağabəyovun hüquqlarını müdafiə etmək üçün 27 iyul 2015-ci il tarixdə onun atası ilə müqavilə bağlamışıq. Məlum olub ki, Nazim Ağabəyov 23 iyul 2015-ci ildə evdən çıxıb, idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsin

də yerləşən “Bol market” ticarət mərkəziin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsiinə aparılıb. Burada onun üzərinə və maşınına baxış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülüb. Həmin gün Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq, istintaqın aparılması müstəntiq Əflatun Səlimova həvalə edilib, Nazim Ağabəyov şübhə edilən şəxs qismində saxlanılıb”.

Vəkili deyir ki, 24 iyulda Ağabəyova 234.4.3-cü maddə ilə ittiham elan edilib, Xətai rayon Məhkəməsinin (hakim İbrahim İbrahimli) qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, saxlanılması üçün Kürdəxanıda yerləşən istintaq təcridxanasına göndərilib. “29 iyulda mən təcridxanada Nazim Ağabəyovla görüşmüşəm, o özünü təqsirli bilmədiyini, narkotik vasitələrin ona heç bir aidiyyəti olmadığını, həbsinin bir anlaşılmazlıq olduğunu deyib, təcridxanadakı saxlama şəraitindən şikayəti olmadığını bildirib. Həbsdən verdiyim apellyasiya şikayətinə 29 iyulda Bakı Apellyasiya Məhkəməsində İlqar Murğuzovun sədrliyi ilə baxılıb və rayon məhkəməsinin qərarı qüvvəsində saxlanılıb”.

Adil İsmayılov deyir ki, Nazim Ağabəyov da, onun valideynləri və həyat yoldaşı da həbsi bir anlaşılmazlığın nəticəsi hesab etməklə, ədalətin qısa zamanda bərpa ediləcəyinə ümid edirlər və bu məqsədlə Respublika Prezidentinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər. “Hazırda istintaq davam etdiyi üçün qeyd olunanları kifayət hesab edirəm, zərurət yaranarsa, istintaqın gedişi barədə əlavə məlumat verəcəm” – deyə vəkil vurğulayıb.

Ana səhifəXəbərlərVəkili Kürdəxanıda Nazim Ağabəyovla görüşüb