”Bu hal Taleh Bağırzadənin müdafiə hüququnu kobud şəkildə pozur”
“Aprelin 28-də Taleh Bağırzadəylə görüşmək üçün Bakı İstintaq Təcridxanasına (BİT) getdim. Taleh Bağırzadəylə görüşməyimə icazə vermədilər. Bildirdilər ki, prokurorluq Taleh Bağırzadənin mənimlə görüşməsinə icasə verməsi barədə BİT-ə məktub verməyib. Halbuki, mən Taleh Bağırzadənin istintaq tərəfindən təqdim edilmişəm, onunla dəfələrlə görüşmüşəm. Qanunvericilikdə müdafiəçinin müadfiə etdiyi şəxslə görüşməsi üçün prokurorluğun razılıq məktubu tələb edilmir”.
Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb.
Vəkil əlavə edib ki, məktubun BİT tərəfindən tələb edilməsi və məktubun olmamasına görə müdafiəçiyə müdafiə etdiyi şəxslə görüməyə icazə verilməməsi tamamilə qanunsuzdur və bu hal Taleh Bağırzadənin müdafiə hüququnu kobud şəkildə pozur.
“Penitensiar Xidmətin rəis əvəzi Hüseyn Əlixanovdan xahiş edirəm ki, BİT-in müdafiəçinin müdafiə etdiyi şəxslə görüşməsi üçün istintaq orqanının razılıq məktubunu qanunsuz tələb etməsi praktikasına son qoyulmasına göstəriş versin”,-deyə vəkil fikrini tamamlayıb.