Vəkilə Mövsüm Səmədovla görüşməyə icazə verilmir

Vəkil Yalçın İmanov 5 sentyabrda Qobustan həbsxanasına gedərək, müdafiə etdiyi dindar Mövsüm Səmədovla görüşmək istəyib. Onu bir saat gözlətdikdən sonra nəzarətçi ilə məlumat göndəriblər ki, M. Səmədov vəkili ilə görüşməkdən imtina edib.

Source:
Mövsüm Səmədov

Qobustan həbsxanasından bildiriblər ki, dindar vəkillə görüşmək istəmir

Vəkil Yalçın İmanov 5 sentyabrda Qobustan həbsxanasına gedərək, müdafiə etdiyi dindar Mövsüm Səmədovla görüşmək istəyib. Onu bir saat gözlətdikdən sonra nəzarətçi ilə məlumat göndəriblər ki, M. Səmədov vəkili ilə görüşməkdən imtina edib. Bu barədə Y. İmanov Meydan TV-yə məlumat verib. O bildirib ki, artıq ikinci dəfədir müvəkkilli ilə görüşə bilmir:

“Nəzarətçi məni bir saat gözlətdikdən sonra gəlib dedi ki, Mövsüm Səmədov mənimlə görüşməkdən imtina edib. Mən buna inanmıram. Onu 1 ilə yaxındır müdafiə edirəm və hələ bu vaxta qədər belə bir hal olmayıb. Tələb edirəm ki, əgər Mövsüm Səmədov həqiqətən mənimlə görüşmək istəmirsə, gəlib mənə özü desin, çıxıb gedim”.

Vəkil ehtimal edir ki, Mövsüm Səmədov referenduma qarşı başlatdığı aclıq aksiyasından sonra səhhətində problemlər yaranıb və buna görə onunla görüşə icazə vermirlər. Aclıq aksiyasından sonra dindar karserə salınıb. Vəkil düşünür ki, bundan sonra onun səhhəti daha da pisləşib. “Onun səhhətində problemlər var. Bədəninin müqaviməti zəifdi, pəhrizlə qidalanır. Güman ki, aclıq fəsadın verib. 8 gündür aclıq edir və üstəlik karserə də salınıb. Buna görə vəziyyəti ağırlaşa bilər”.

Vəkil 3 sentyabrda da müvəkkili ilə görüşməyə cəhd etmişdi. Ona qeyri-iş günü olduğunu deyərək görüşməyə icazə verməmişdilər: “Penitensiar Xidmətdən mənə məlumat vermişdilər ki, şənbə günü iş gündür və mən onunla görüşə bilərəm. Amma həbsxanaya gəldikdə məni 50 dəqiqə gözlətdilər, nəzarətçi sənədlərimi alıb rəislə görüşə getdi və gəlib dedi ki, “bu gün qeyri-iş günü olduğundan Mövsüm Səmədovla görüşə bilməzsiniz”. İndi də gözləyirəm, görüşə icazə verilmir”.

Vəkil bildirib ki, onu Mövsüm Səmədovla görüşdürəcəklərinə söz versələr də gətirməyiblər. O da həbsxana rəhbərliyindən görüşdən imtina ilə bağlı qərarı istəyib. Bu qərarı aldıqdan sonra həbsxanananı tərk edəcək. “Dəqiqləşdirdim ki, Mövsüm bəy hələ də karserdədir”-vəkil bildirib.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov bildirib ki, vəkil nə vaxt getsə, ona müvəkilli ilə görüşə icazə veriləcək. Bu gün görüşə niyə icazə verilmədiyini mətbuat katibi şərh etmək istəmədi.

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar.

Mövsüm Səmədov 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədovu 12 saylı koloniyadan 2 ilini ciddi rejimdə keçirməklə Qobustan həbsxanasına köçürüblər. Şərtlərin sərtləşdirilməsi Mövsüm Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

Mövsüm Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi.

.

Ana səhifəXəbərlərVəkilə Mövsüm Səmədovla görüşməyə icazə verilmir