Vəkil: Üç media nümayəndəsi qanunsuz olaraq saxlanılır

Əldə olunan məlumata görə, saxlanılanlardan barmaq izləri götürülüb, izahat alınıb.

Source: Mikroskop


“Məhkəmə önünə çıxardılmamaqla saxlanmaları Konstitusiya və qanunlara ziddir”

Artıq üçüncü gündür jurnalist Anar Abdulla, Elvin Cəbizadə və Firudin Səlimov polisdə saxlanılır. İyul 14-də aksiyadan sonra saxlanılan hər üç şəxsə saxlanma səbəbi izah olunmur.

Saxlanılarkən 9 saylı Polis Bölməsinə aparılan gənclərin səhhətlərində problem yaranmış, bölməyə ambulans da gəlmişdi. Sonradan məlum oldu ki, Firudin Səlimovun səhhəti psiləşib. Həmin gün saxlanılanlar müxtəlif polis bölməsinə aparılıblar.

Təzyiq və panik atakdan əziyyət çəkən fotoreportyor Firudin Səlimov tualet və siqaret qoxulu dar otaqda 6 nəfərlə 48 saatdan çoxdur saxlanılır.

Vəkil Elçin Sadıqov “Facebook” səhifəsində ona jurnalistlərlə görüş imkanı yaradılmadığını qeyd edib:

“Hər üç şəxs 48 saatdan artıqdır qanunsuz olaraq həbsdədir və hələ də məhkəmə önünə çıxarılmayıb. Bu isə Konstitusiyanın 28-ci, İnsan Hüquqları Konvensiyasının 5-ci, İnzibati Xətalar Məcəlləsinin 89-cu, Cinayət Prosesual Məcəllənin 148-ci maddələrinin kobud şəkildə pozulmasıdır”.

Əldə olunan məlumata görə, saxlanılanlardan barmaq izləri götürülüb, izahat alınıb. Onlar iyulun 17-də saxlanıldıqları polis bölmələrindən çıxarılıb müxtəlif istiqamətə aparılıblar.

Aysel Umudovanın verdiyi məlumata görə, Elvin Cəbizadə Səbail Rayon Polis İdarəsinə gətirilib. Polis İdarəsinin qarşısında həyat yoldaşını gözləyən Aysel Umudova və saxlanılanlardan birinin valideyni karantin qaydalarını pozma səbəbilə 200 manat cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Meydan TV-nin bu barədə sorğusuna cavabında hələ araşdırma aparıldığını bildirib. Amma xidmət rəhbəri adları çəkilən şəxslərin dəmir barmaqlıq arxasında saxlanılmadığını, polis idarəsinin inzibati binasında olduqlarını deyib.

Ehsan Zahidov 14 iyul aksiyasına görə nə qədər adamın saxlanıldığı barədə suala cavab verməyib.

İyulun 14-də Bakıda Qarabağa dəstək yürüşü zamanı minlərlə Bakı sakini Milli Məclisin qarşısına toplanıb. Səhər saatlarına qədər davam edən yürüşü işıqlandırmaq üçün hadisə yerinə gedən jurnalistlər Anar Abdulla və Firudin Səlimov, hadisəni işıqlandıran həyat yoldaşı Aysel Umudovaya görə narahat olduğu üçün ora gedən Elvin Cəbizadə saxlanılıb. Onlar iyulun 15-i səhər saatlarında saxlansalar da, 48 saatdan artıq müddət ərzində onlardan xəbər almaq mümkün olmayıb.

Dövlət başçısı

İlham Əliyev

iyulun 14-də keçirilən aksiyanın hakimiyyətin siyasətinə dəstək olduğunu, amma təxribatların da həyata keçirildiyini bildirib və AXCP-ni ittiham edib.

Ana səhifəSiyasətVəkil: Üç media nümayəndəsi qanunsuz olaraq saxlanılır