Vəkil saxlanılan gənclə görüşə bilmir

Əsabəli Mustafayev: ”Yəqin üzərində işgəncə izləri var”

Source:
Əsabəli Mustafayev
Əsabəli Mustafayev


Əsabəli Mustafayev: ”Yəqin üzərində işgəncə izləri var”

Vəkil Əsabəli Mustafayev həbs olunmuş fəal Ruslan Qarayevlə görüşə bilmir. Bu barədə vəkil özünün Facebook səhifəsində məlumat verib:

“İki saatdan artıqdır ki, həbs olunmuş gənclə görüşmək üçün Sumqayit Polis İdarəsinin yanında gözləyirəm. Açıq şəkildə görüşə imkan vermək istəmirlər. Yəqin üzərində işgəncə izləri var. Yoxsa bu maneələr nə üçündür? DİN-in 102 xidmətinə zəng etmişəm, nəticə yoxdur. Ombudsmanın “qaynar xətt”ində telefona cavab vermirlər. Məsələ ictimailəşsə də, heç bir xeyri yoxdur. Birazdan deyəcəklər ki, iş günü qurtarıb. Sabah da deyəcəklər ki, qeyri-iş günüdür. Bu da insan haqlarının vəziyyəti. Gücsüzlükdən adam az qalır havalansın”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayevə 20 sutka həbs cəzası verildiyi deyilir.

R.Qarayevin iyulun 21-i axşam saatlarında saxlandığı güman edilir. Gecə saatlarında AXCP Sumqayıt təşkilatının bir qrup fəalı polis idarəsinin qarşısına toplaşıb gəncin taleyi haqda məlumat almaq istəyiblər. Gəncin saxlanma xəbərini də həmin fəallar yayıblar.

Ana səhifəXəbərlərVəkil saxlanılan gənclə görüşə bilmir