Vəkil Rauf Mirqədirovun müalicəsindən narazıdır (VİDEO)

 Martın 3-də jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Qapalı keçirilən prosesə jurnalistin özü gətirilib.

Vəkil Fuad Ağayev bildirir ki, Rauf Mirqədirovun görmə qabiliyyəti pisləşib, beynin qan dövranı pozulub. Onun sözlərinə görə, hakim ilkin baxış iclasının qərarından kassasiya şikayəti vermək üçün bir ay vaxt olduğunu, qərardan kassasiya şikayəti verilmədiyini və bu vaxt bitmədiyinə görə prosesin təxirə salındığını deyib:

“Bu tamamilə anlaşılmazdır. Əgər iclas təyin olunubsa, keçirilməlidir. İclas ona görə təyin olunubsa ki, təxirə salınsın, bu tamamilə məntiqdən uzaq bir şeydir.”

Məhkəmə prosesi martın 16-na təxirə salınıb.

Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.

Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideoVəkil Rauf Mirqədirovun müalicəsindən narazıdır (VİDEO)