Vəkil: ”Qiyas İbrahimova həyəti süpürdürlər”

Elçin Sadıqovu saxlanılan gənclərlə görüşə buraxmırlar

Source:


Elçin Sadıqovu saxlanılan gənclərlə görüşə buraxmırlar

“İndi Nərimanov Rayon Polis İdarəsindəyəm. Bayram Məmmədov və Qiyas İbrahimovla görüşməyə gəlmişəm. Müvəqqəti saxlama yerinin(MSY) qarşısına gedəndə gördüm ki, Qiyası MSY-nin həyətini süpürməyə məcbur edirlər. Üzündən görünürdü ki, onu çox qorxudurlar».

Bu fikirləri vəkil Elçin Sadıqov öz Facebok səhifəsində yazıb. Vəkil bildirib ki, buna etiraz edib və onu MSY-nin həyətindən çıxarıblar: «Görüşə icazə vermədilər. İndi polis idarəsinin qarşısındayam

Bayram Məmmədova və Qiyas İbrahimova işgəncə verilməsi, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar edilməsi Nərimanov Polis İdarəsinin MSY-nin həyətinin təhlükəsizlik kameralarına düşüb».

Ana səhifəXəbərlərVəkil: ”Qiyas İbrahimova həyəti süpürdürlər”