Vəkil: Polis saxta hal şahidlərindən istifadə edərək insanları şərləyir

”Hal şahidləri ifşa olunmasın deyə məhkəmələr qərarlarını dərc etmirlər”

Source:


”Hal şahidləri ifşa olunmasın deyə məhkəmələr qərarlarını dərc etmirlər”

“Gənc fəal Bayram Məmmədovun işində hal şahidliyi edən İntiqam Kərimov və Nizami Quliyev mütəmadi olaraq məhkəmələrə çıxıb, şahidlik ediblər”, – vəkil Elçin Sadıqov Meydan TV-yə belə deyib.

O bildirir ki, daha öncəki məhkəmə iclaslarında Nizami Səlim oğlu Quliyev məhkəmədə onun və dövlət ittihamçısının sualına cavab olaraq heç bir işdə hal şahidi kimi çıxmadığını deyib. Ancaq sənədlər onun yalan ifadə verdiyini göstərir:

“Belə ki, 160050407 saylı A.İ.Qənbərov barəsindəki cinayət işi üzrə Nizami Səlim oğlu Quliyev polis Şirəli Babayevin rəhbərlik etdiyi əməliyyatda 28 iyul 2016-cı il tarixdə hal şahidi kimi iştirak edib. Hansı ki, Şirəli Babayev Bayram Məmmədovun da barəsindəki saxta cinayət işi üzrə əməliyyata rəhbərlik edib. Beləliklə hər iki cinayət işində əməliyyata rəhbərlik edən şəxslə hal şahidi eyni adamdır. Sadəcə təqsirləndirilən şəxslərin adı başqadır”.

Elçin Sadıqov deyir ki, Bayram Məmmədovun barəsindəki cinayət işi üzrə hal şahidlərinin polislə mütəmadi əməkdaşlıq etməsi ilə bağlı rəsmi sənədləri məhkəməyə təqdim edib. Lakin məhkəmə bu sübutlara göz yumub. Hətta Bayram Məmmədovun son sözünü dinləməkdən imtina edib:

“Sifariş aldığı hökmü elan etdi. Məhkəmədə mən hal şahidlərinə sual verəndə ki, onlar narkoloji xəstəlikdən əziyyət çəkirlərmi və narkoloji dipanserdə qeydiyyatdadırlarmı, hakim mənim sualımı kəsməyə çalışdı, lakin hal şahidləri israrla bildirdilər ki, onlar narkoman deyillər və narkoloji dispanserdə qeydiyyatda deyillər”.

Vəkil bildirir ki, bu gün tamamilə sübut edildi ki, Bayram Məmmədova qarşı ifadə verən hal şahidi 01.12.1972-ci il təvəllüdlü Kərimov İntiqam Asib oğlu 2002-ci ildən tiryək narkomaniyası diaqnozu ilə Narkoloji Dispanserdə qeydiyyatdadır. Budur polisin şahid bazası:

“Belə insanlarla əməkdaşlıq edib hal şahidi kimi insanların şərlənməsində istifadə edirlər”.

Elçin Sadıqov sonda bildirib ki, polislə əməkdaşlıq edən hal şahidlərinin adlarını gizlətmək onların daim polislə əməkdaşlıq etməsinə şərait yaradır. Buna görə də, məhkəmələr öz qərarlarını, hökmlərini dərc etmirlər.

Sorğuya cavab
Sorğuya cavab
Ana səhifəXəbərlərVəkil: Polis saxta hal şahidlərindən istifadə edərək insanları şərləyir