Prosesdə şahid qismində polis ifadə verib
Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik ticarətində ittiham olunan 19 yaşlı Facebook fəalı Ömər Məmmədovun işi üzrə proses davam edib.
Vəkil Xalid Bağırov Ömər Məmmədovun atası Elyar Məmmədovun məhkəməyə çağırılması haqqında vəsatət qaldırıb. Vəkil bildirib ki, E.Məmmədov oğlunun saxlanmasından iki gün əvvəl DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə (MCMBİ) çağırıblar və təzyiq göstərərək, Ömərin Facebook-dakı fəaliyyətinə son qoymasını tələb ediblər.
Müdafiə tərəfi həmçinin Məmmədovu və atasını dindirən MCMBİ əməkdaşlarının şahid qismində çağırılması haqqında vəsatət qaldırıb.
Vəkil Əlaif Həsənov həmkarının vəsatətlərini dəstəkləyib. Lakin hakim yalnız sənədlərin işə əlavə edilməsi haqqında vəsatəti təmin edib.
Daha sonra şahid qismində DİN-in Narkotiklərə qarşı Mübarizə İdarəsinin baş əməliyyatçısı İlkin Ələkbərov dindirilib. O, metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında stamotoloji klinikadan çıxarkən Ömər Məmmədovu saxlayanlardan biri olub.
Onun iddiasına görə, Ö.Məmmədov özü üzərində narkotik maddə olduğunu etiraf edib və onlar polis idarəsinə gediblər, ona heç bir təzyiq göstərilməyib. Lakin müttəhim iddia edir ki, məhz Ələkbərov onun cibinə narkotik atıb.
Polis həmçinin iddia edib ki, Ömər Məmmədov polisdə “özünü yaxşı aparıb”. Bu zaman vəkillər Ələkbərovun Məmmədovun özünü necə apardığından necə xəbəri olduğunu soruşublar. Belə ki, onun işi saxlanılan şəxsin polisə çatdırılması ilə yekunlaşır. Deməli, o, saxlanılan şəxsin dindirilməsində iştirak edib ki, buna hüququ yox idi.
Buna cavabda polis deyib ki, Məmmədovun mobil telefonunu, portmanesini və narkotikləri “könüllü” təhvil verməsini nəzərdə tutur.
Ələkbərov vəkillərin Məmmədovun saxlanılması üçün əsas olan “əməliyyat məlumatında” konkret olaraq nə deyildiyi haqqında sualına aydın cavab verə bilməyib. Lakin vəkil X.Bağırov bildirib ki, iş materiallarında qrup rəhbəri Məmmədovun narkotik “satdığı” haqqında məlumat olduğunu yazıb.
Şahidin nəzakətsiz davranışı Məmmədovun doğmalarının və dostlarının da narazılığına səbəb olub.
Proses 6 iyun saat 16.00-da davam etdiriləcək.
Ö
m
ə
r M
ə
mm
ə
dov
“
Ax
ı
n
”
g
ə
ncl
ə
r h
ə
r
ə
kat
ı
n
ı
n r
ə
hb
ə
ri v
ə
V
ə
t
ə
nda
ş
H
ə
mr
ə
yliyi Partiyas
ı
n
ı
n
ü
zv
ü
d
ü
r. H
ə
bsind
ə
n sonra o, N
İ
DA h
ə
r
ə
kat
ı
na qay
ı
d
ı
b.
M
ə
mm
ə
dov
İ
nternetd
ə
sosial
şə
b
ə
k
ə
l
ə
rd
ə
f
ə
al i
ş
tirak edirdi, x
ü
sus
ə
n, Facebook-da hakimiyy
ə
tin n
ö
qsanlar
ı
n
ı
ə
l
ə
salan karikaturalar, kollajlar v
ə
şə
rhl
ə
r yer alan
“
AzTV-d
ə
n se
ç
m
ə
l
ə
r
”
s
ə
hif
ə
sinin administratorlar
ı
ndan biri idi (Turan İA).