Vəkil olmaq istəyənlər imtahan verir

İmtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib

Source:


İmtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib

Yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzi (DİM) və Vəkillər Kollegiyası tərəfindən keçirilən imtahan saat 11:00-da başlayıb.

Namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan verirlər.

Məlumatı AZƏRTAG

yayıb

.

İmtahanın idarə edilməsinə 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib. Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunur. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə – şifahi müsahibəyə buraxılacaqlar.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili, Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov, Yalçın İmanov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb, vəkil Fəxrəddin Mehdiyevin fəaliyyəti isə 1 illik dayandırılıb.

1000 nəfərə yaxın üzvü olan Vəkillər Kollegiyasının dekabrın 7-də yeni sədri və Rəyasət Heyəti

seçilib

.

Ana səhifəXəbərlərVəkil olmaq istəyənlər imtahan verir